Azərbaycanda ilantutma biznesi təklif olunur
Prezident bu şəxsləri təltif etdi
Bu il Azərbaycanda 17 ana ölüb
Gələn il qəbul imtahanı necə olacaq?
“Ərizəni istəmədən yazmışam” - İşdən çıxarılan aktyor
“Qarabağ”dan azarkeşlərə şad xəbər
Azərbaycana gələn turistlərin kütləvi şikayəti
Alimlərdən yeni kəşf — Ölüm yoxdur ...
Baş nazir qərar verdi
Qanunsuz nişanı küçəyə kim vurub?

      

06.04.2017  14:44 

Sərt maliyyə böhranı arxada qaldı?





A+  A-

Demək olmaz ki, azərbaycanlılar artıq böhrana alışıblar. Öz arzu və istəklərini siyasi tələblərə çevirməsələr də, elə bir sosial etiraz əlaməti biruzə verməsələr də insanlar narahat anlar yaşamaqda davam edirlər.
Bunun bir səbəbi budur ki, müstəqil ekspertlər və ya iqtisadi araşdırmalarla məşğul olanlar hələ də iqtisadi böhranın pikinin qarşıda olduğunu və indiki vəziyyətlə müqayisədə daha ağır sosial nəticələrə gətirib çıxaracaq “dalğa”nın gələcəyini müjdələyirlər. Elə o səbəbdən də bu və ya digər tarix “həlledici” an kimi göstərilir, insanlar da narahatlıqla həmin “tarixi anı” gözləyirlər...

Belə “əlamətdar tarix”lərdən biri də elə bahar bayramı idi. Amma manat bu “tarix”i də adalaya bildi və indi demək olar ki, duruş gətirdi.

Fəqət, bir nüans var və o da budur ki, manatın dollara nisbəti “rəqs” etsə də, milli valyutanın kursu artıb–azalsa da, bazar və dükanlarda qiymətlər yalnız bircə tendensiya bilir və onlar yalnız artmaqda davam edirlər.

Narahatlığın ikinci səbəbi məhz budur və sanki hansısa bir “dirijor”un işarəsilə qiymətlər yuxarı doğru hərəkət etməkdə davam edir. Hökumət isə elə bil sözdən işə keçmək haqqında düşünmür. Ciddi bir sosial paket və qiymətləri azacıq da olsa, tənzimləmək meyli yoxdur. Əksinə bir sıra ödənişlərdə - təqaüdlərin və ya sosial müavinətlərin verilməsində böyük pauzalar yaşanmaqdadır.
Təbii ki, ölkədəki iqtisadi durumu, böhranın dinamikasını ciddi şəkildə yalnız iqtisadçı mütəxəssislər incələyə bilərlər. Biz isə yalnız məsələnin sosial tərəflərinə diqqət çəkə bilərik. Burada da elə bir qəlizlik və yaxud da çətin anlaşılan məqamlar yoxdur–Azərbaycanda hakimiyyət o qədər müstəqildir ki, hətta ictimai rəylə maraqlanmağı belə özü üçün əziyyət hesab edir. İnsanlar isə bir az əvvəldə dediyimiz kimi, öz iradlarını, arzu və istəklərini siyasi tələblərə çevirmək haqqında düşünmürlər. Hökumət də bundan bir növ sui-istifadə edir...

Böhranın daha bir tərəfi var ki, o da yalnız iqtisadi mahiyyət deyil, həm də politloji məzmun kəsb edir. Söhbət struktur və yaxud da institusional islahatlardan gedir.

Bu sahədə də ilk baxışda boşluqlar yoxdur, az qala hər həftə yeni bir struktur yaradılır və yaxud da ki, mövcud strukturlar vahid strukturda birləşir. Di gəl ki, bunu islahat adlandırmağa adamın dili heç gəlmir...

Hazırda hökumətdə bir qarmaqarışıqlıq hökm sürür. Daha operativ kabinet quruculuğu yubanır. Bu yaxınlarda vitse - prezidentıik institutu istiqamətində ilk addım atıldı. Növbəti addım yeni vitse – prezidentlərin təyini olmalıdır. Müxtəlif vaxtlar deyilir. Amma hələki bir şey yoxdur və ən əsası da məsələnin strateji perspektivi aydın deyil. Vitse–prezidentlər nə edəcək? Köhnə nazirlər kabinetinə ehtiyac qalacaqmı?..

Təəssüf ki, bu suallar hələ də cavabını gözləyir. Üstəlik, vitse–prezidentlik institutu təsis edilərkən məqsəd heç də hökumətin çevik və operativ struktura çevrilməsi deyildi. Əslndə vitse-prezidentlik institutu hakimiyyəti daha gücləndirmək və onu bəlli bir dairədə cəmləşdirmək məqsədi güdürdü.

Sadəcə, hakimiyyətin struktur islahatları portfelində başqa bir təklif olmadığından insanlar istər-istəməz bu məsələyə diqqət kəsildilər. Elə iqtisadçılar da onu iqtisadiyyata dinamizm verəcək amil kimi nəzərdən keçirməyə başladılar. Amma bu cür cəhdlərdə daha çox hakimiyyətə yaxın “mütəxəssis”lər bulundular ki, onların da işi-gücü elə hakimiyyətin bütün addımlarını tərifləməkdir...

Elə bu səbəbdən də sanki sosial gözləntilərdə də bir ayrcaı böhran yaşanır – nə cəmiyyət, nə də hakimiyyət onunla bağlı istəyini bilmir, öz niyyətini konktretləşdirməyi bacarmır. Əslində hakimiyyət nə istədyini bilir və öz mövqelərini, bəli, siyasi və iqtisadi sferadakı mövqelərini daha da gücləndirmək haqqında düşünür.

Cəmiyyət isə sadəcə, yaxşıca yaşamağı arzulayır. Prinsipcə, bu da aydındır – hər yerdə insanların ən əsas qayəsi elə budur. Amma bunun üçün nəsə etmək də lazımdır. Fəqət, “nəsə etmək” məsələsi gündəmə gələndə “meydan”da heç kim qalmır...

O ki qaldı “müxalifətə”, onlar da bir də görürsən, illərin ətalətindən silkələnib bir etiraz aksiyası keçirmək və bu yolla özlərini yada salmaq istəyirlər. Amma işin qəlizliyindən onda da ya hava korlanır və yağış yağır, ya da ki, “aksiyalara” beş-üç ictimai fəaldan başqa kimsə gəlmir.

Beləcə, ölkə özünün “spesifik ritm”indən heç kənara çıxa bilmir. Bəlkə də ona görə ki, əslində böhranın tarixi çox uzaqlara, 90-cı illərin əvvəllərinə gedib çıxır. Bəli, 90-cı illərin əvvəlindən bu cəmiyyət özünü tapa bilmir, özünü tanıya və ya identifikasiya edə bilmir. O, artıq “sovet cəmiyyəti” deyil, gəl ki, əsl vətəndaş cəmiyyəti, işgüzar, təşəbbüskar və ən başlıcası da mülki və tələbkar cəmiyyət də ola bilməyib...

(istiqlal.az)

Xəbər 1288 dəfə oxunub.




© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçid qoyulmalıdır.

18.10.2017  18:35 

Bu il Azərbaycanda 17 ana ölüb

18.10.2017  15:56 

Suriyanın məşhur generalı öldü

18.10.2017  13:21 

Hadisənin üzünə nə olub?

18.10.2017  13:09 

Sabah hava necə olacaq?

18.10.2017  12:06 

Baş nazir qərar verdi


BÜTÜN XƏBƏRLƏR +