AZAL-a məxsus təyyarənin qara qutusu tapılıb
Azərbaycan xalqına böyük faciə üz verib -Prezident
“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto


01.02.2017  13:04 

“Binə”də üsyan: Kəbirə Məmmədova yer pulunu qaldırdı, tacirləri hədələdi





A+  A-


Paytaxtın “Binə” bazarında ticarətçilərin üsyanı yetişir

Məlumata görə, ticarət mərkəzinin sahibəsi Kəbirə Məmmədova yer haqlarını təzədən qaldırıb. 

Bu da müştəri üzünə həsrət qalan ticarətçilərin qəzənə səbəb olub. Hələ bir neçə il qabaq Lökbatan yolunu bağlamış və qarşıdurmalara səbəb olmuş “Binə” olaylarının yenidən təkrarlanması təhlükəsi var. 

Bu dəfə iqtisadi durum daha ağır və mürəkkəbdir. Çünki böhran və manatın ucuzlaşması icarədarların vəziyyətini pisləşdirib. 

Mənbənin qeydlərinə görə, K.Məmmədovanın qəbuluna düşən sahibkarlar şikayət ediblər. Onlar yer pulunun artırılmasına etiraz ediblər. Ticarətçilər bildiriblər ki, qanunsuzluğa son qoysun və insanların vəziyyətini fikirləşsin. 

Bazar sahibəsi isə hakim ailənin adından sui-istifadə edib. K.Məmmədova bu qərarın onlardan asılı olmadığını və hakim elitadan tapşırıq gəldiyini söylədiyi iddia edilir. 

“Binə” sahibəsinin sahibkarları təhdid etməsi və hakim ailənin adından sui-istifadə olunması xüsusilə narazılıq doğurub. 

Məlumata görə, “Binə” və “Sədərək”də vəziyyət günbəgün pisləşir. Paytaxtın nəhəng ticarət mərkəzlərində qiymətlər dəhşətli dərəcədə ucuzlaşıb. 

“Binə” və “Sədərək” yarmarkalarında alıcılıq qabiliyyəti olmadığına görə malları su qiymətinə satırlar. Satıcılar ötən ildən qalan və satılmayan mallarını da dəyər-dəyməz qiymətinə satırlar. 

İcarə haqlarını ödəməyə imkanı olmayan ticarətçilər məcburiyyət qarşısında mallarını neçəyə gəldi satırlar. Bununla belə, yenə də müştəri axını müşahidə olunmur. Səbəb əhalinin gəlirlərinin azalması və qazancın yalnız ərzağa xərclənməsidir.

İndi ailələrin istehlak səbətində yeyinti məhsulları üstünlük təşkil edir. İnsanlar qeyri-ərzaq mallarına pul xərcləmir, qənaət edir. Nəticədə sözügedən ticarət mərkəzlərində sahibkarlar müfisləşirlər. 

Belə bir şəraitdə biznes strukturlarının sıradan çıxması qaçılmaz prosesdir və bunu tənzimləmək də hökumətin iradəsindən kənardadır. 

Paytaxtda və regionlarda onlarla mağazalar qıfıllanıb. Böhranın dərinləşməsi, idxal rüsumunun artması, dolların bahalaşması və alıcılıq qabiliyyətinin aşağı düşməsi sahibkarların belini sındırıb. İş adamları çətin vəziyyətlə üzləşiblər. Onların əksəriyyəti müflis olub.

(politika.az)



Xəbər 1809 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +