“Rabitəbank” müştərilərini niyə itirir?
Abşeronda partlayış oldu: 5 nəfər YARALANDI
Vardanyan da hakim qarşısına ÇIXARILDI
Tender qalibi olan “Unisell“ə bağlı müəmma
Sabiq deputatın şirkəti CƏRİMƏLƏNİR?
Rusiya və İran arasında saziş İMZALANDI
Cahangir Əsgərovun xanımı vəfat etdi
Bakıda restoran YANDI
Ölmüş bədənlərdə əxlaq AXTARANLAR
38 min manatdan çox dələduzluq edən şəxs SAXLANILDI


17.01.2025  15:58 

Moskva bu azərbaycanlıları MÜHARİBƏYƏ APARIR?





A+  A-

Yanvarın 1-dən Rusiyada miqrantlarla bağlı yeni, əhəmiyyətli dərəcədə sərt qaydalar qüvvəyə minib. Bununla əlaqədar ölkədə yaşamaq icazəsinin müddəti bitmiş şəxslərin deportasiyası həyata keçirilir. Deportasiya edilənlər arasında Azərbaycan vətəndaşları da var.

XəzərNews.az axar.az-a istinadla xəbər verir ki, bu barədə “Haqqın.az” məlumat yayıb.

Məlumata görə, yanvarın 16-da Stavropolda daha bir qanun pozucuları qrupunun məhkəməsi keçirilib. Müəyyən edilib ki, beş Azərbaycan və bir Özbəkistan vətəndaşı Rusiya ərazisində olma müddətini keçib. Onlar ölkəni tərk etməyi planlaşdırmayıb və bununla da Rusiyada xarici vətəndaşların hüquqi statusu haqqında qanunu pozublar. Prosesdə təqsirləndirilən şəxslər təqsirli olduqlarını etiraf ediblər. Onlara cərimə kəsilib və Rusiyadan zorla deportasiya olunmalarına qərar verilib. Məhkəmənin qərarları hələ qanuni qüvvəyə minməyib. Lakin deportasiyaya göndərilən bir qrup Azərbaycan vətəndaşı quru sərhədlərinin bağlanması ilə əlaqədar Dağıstanda qalıb. Onlardan biri, Teymur Abdullayev adlı miqrant sosial şəbəkədəki səhifəsində yazıb ki, o, digər 6 Azərbaycan vətəndaşı ilə birlikdə deportasiya qərarı alıb. Amma quru sərhədləri bağlı olduğundan onlar Dağıstan istiqamətində sərhədi keçə bilməyib və hazırda Mahaçqaladakı polis bölmələrindən birindədirlər.

“Rusiya bizi buraxdı, Azərbaycan isə sərhədləri bağladığına görə bizi geri qaytardı. Biz indi Mahaçqalada polis bölməsindəyik və daha 20-yə yaxın azərbaycanlı miqrant Dağıstanda müvəqqəti saxlanma təcridxanalarındadır. Onlar mərhələli şəkildə sərhədə göndərilir. Bizim qarşımıza şərt qoydular: Azərbaycan qəbul etməsə, müqavilə bağla və altı ay Ukraynada döyüş. Əgər ölsəniz, hər ay hesab açıb ailələrinizə pul köçürəcəyik. Sağ qalıb qayıtsanız, avtomatik olaraq vətəndaşlıq alacaqsınız. Hərbi əməliyyatlarda iştirak müddəti üçün 4 milyon rubl ödəməyə söz verirlər. Tərcüməçi olmasaydı, biz artıq müqavilə bağlamağa məcbur olacaqdıq”, – o bildirib.

Teymur Abdullayev onu da deyib ki, polis idarəsinin həyətində tikinti işləri aparmağa məcbur edilirlər: “Burada bəzi qəzalı binalar var, onları təmir edirik. Azərbaycan bizi qəbul edənə qədər burada qalacağıq”.

Qeyd edək ki, yeni qaydalara əsasən, Rusiya vətəndaşlığını qəbul etmiş miqrantlar müəyyən edilmiş müddətdə hərbi komissarlıqda qeydiyyatdan keçməli olurlar. Əks halda onların vətəndaşlığı ləğv edilir və deportasiya qərarı verilir. Bir neçə gün əvvəl Stavropolda bu tələbə əməl edilmədiyi üçün keçmiş sovet respublikalarından olan 4 miqrantın vətəndaşlığı ləğv edilərək deportasiya edilib. Rusiya hakimiyyəti ötən il ölkədən 80 min miqrantın deportasiya edildiyini bildirib. Bu il prosesin daha da sürətlənəcəyi gözlənilir. Daxili İşlər Nazirliyinin məlumatına görə, Rusiyada qanunsuz miqrantların sayı 760 min nəfərə yaxınlaşır.

Maraqlıdır ki, Rusiya bağlı olduğunu bildiyi halda azərbaycanlıları “quru sərhəddən” yola salıb. Halbuki adətən deport haqqında qərar çıxarılan şəxs təyyarəyə mindirilərək, ölkədən çıxarılır.



Xəbər 740 dəfə oxunub.



17.01.2025  18:14 

Bakıda restoran YANDI

17.01.2025  15:08 

Hakan Fidan Azərbaycana gəlir

17.01.2025  13:17 

Həkim qazdan boğulub öldü

17.01.2025  12:52 

Sabah Bakıda yağış yağacaq


BÜTÜN XƏBƏRLƏR +