Ərdoğan Viktor Orbanla görüşüb
DSX-nin kapitanı həbs edildi
İş adamı dələduzluqla üzləşib- FOTO
Azərbaycanda futbol təxirə salındı
Xaçatryan bu ölkəyə səfər edəcək
AFFA Nuraya icazə verdi... - Oynaya biləcək
Əməliyyat: DSX-nın bölmə rəisi və nəzarətçisi saxlanılıb
Vətəndaşdan ondan, o, vətəndaşdan narazıdır
Fikir ayrılıqları var, amma... - Abbas Əraqçi
Eldar Abbasov vəzifəsindən azad edilib


08.03.2021  10:08 

Cüdo komandamız “Böyük dəbilqə”də 14-cü oldu





A+  A-

Özbəkistanın paytaxtı Daşkənddə keçirilən cüdo üzrə “Böyük dəbilqə” turniri başa çatıb.
XəzərNews.az xəbər verir ki, turnirin sonuncu günündə üç cüdoçumuz mübarizə aparıb. Komandamızın üzvü Məmmədəli Mehdiyev (90 kq) ilk görüşdə Erlan Şerov (Qırğızıstan), daha sonra böyük britaniyalı Maks Stüart və estoniyalı Klen Kalyualidə qalib gələrək yarımfinala vəsiqə qazansa da, final uğrunda mübarizədə yerli idmançı Dovlat Bobonova məğlub olub. İdmançımız bürünc medal uğrunda görüşdə Özbəkistanın digər təmsilçisi Şermuxammad Jandreyev ilə qarşılaşmanı qələbə ilə başa vuraraq üçüncü yeri tutub.

Digər cüdoçumuz Uşangi Kokauri (+100 kq yuxarı) də turnirə qələbə ilə başlayıb. Cüdoçumuz əvvəlcə italiyalı Vinçentso Darko, daha sonra rusiyalı Anton Krivobokov və dörddəbir finalda finlandiyalı Marti Pymalayneni məğlub edib. Yarımfinalda yaponiyalı Kokoro Kaqeyreyə uduzan idmançımız üçüncü yer uğrunda qarşılaşmada Cənubi Koreya təmsilçisi Kim Minconq ilə də bacarmayıb və turniri medalsız başa vurub.

Komandamızın digər üzvü Aslan Mirzəyev (100 kq) isə ilk qarşılaşmada Otqonbatar Xlaqvasurenə (Monqolustan) məğlub olub.

Beləliklə, turnirə 12 idmançı ilə qatılan Azərbaycan komandası yekunda 2 bürünc medal qazanıb. Ötən gün Rüstəm Orucov (73 kq) da millimizin aktivinə bürünc medal yazdırıb. Bu nəticə ilə komandamız 14-cü pillədə qərarlaşıb.

Turnirdə ən yüksək nəticəni Yaponiya (9 qızıl, 1 gümüş, 1 bürünc) komandası göstərib. Monqolustan (2 qızıl, 2 gümüş, 1 bürünc) və Cənubi Koreya (1 qızıl, 1 gümüş, 4 bürünc) sonrakı pillələrdə qərarlaşıblar. Hərəyə 1 bürünc medal qazanan Rusiya, Fransa kimi cüdo ölkələri ilk 15-liyə düşə bilməyiblər.

Tokio Olimpiadasına lisenziya xarakteri daşıyan bu nüfuzlu turnirdə dünyanın 71 ölkəsindən 500-ə yaxın cüdoçu mübarizə aparıb.

Xəbər 3368 dəfə oxunub.



08.12.2025  18:45 

Ərdoğan Viktor Orbanla görüşüb

08.12.2025  18:32 

DSX-nin kapitanı həbs edildi

08.12.2025  17:51 

ASCO-da seminar keçirilib - Foto

08.12.2025  16:39 

Təyyarə qəzası...-Ölənlər var


BÜTÜN XƏBƏRLƏR +