Prezidentdən bayram paylaşımı -Foto
AZAL-a məxsus təyyarənin qara qutusu tapılıb
Azərbaycan xalqına böyük faciə üz verib -Prezident
“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər


17.08.2020  15:10 

Yaponiyada istilər 27 nəfərin həyatına son qoydu





A+  A-

Yaponiyada son bir həftədir hökm sürən isti hava şəraiti səbəbindən 27 nəfər həyatını itirib.
XəzərNews.az xəbər verir ki, bu barədə Tokio Sosial Rifah və İctimai Səhiyyə Bürosu məlumat yayıb. Bildirilib ki, son bir həftə ərzində 50 yaşdan 90 yaşa qədər 27 nəfər gün vurmadan ölüb.

Ölənlərin 70 faizinin yaşlarının 70-dən yuxarı olduğu qeyd olunur. Məlumata görə, ölüm hallarının 26-sı evdə baş verib. Bunlardan 23-də havalandırma cihazları olmayıb və ya istifadə edilməyib.

Ümumilikdə bu ay Tokio şəhərində gün vurmadan ölənlərin sayı 53-ə çatıb.

Mütəxəssislər havalandırma cihazlarından davamlı istifadə etməyi və tez-tez su içməyi məsləhət görürlər.

Xəbər 1649 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +