Koronavirusla bağlı testlərin SAYI
DİM ödənişsiz sınaq imtahanları keçirib
Gəncədə narkotacir saxlanıldı
Rusiyada koronavirusla bağlı son vəziyyət
Azərbaycan nefti bahalaşdı
Sabahın HAVA PROQNOZU
Gücləndirilmiş dezinfeksiya aparılacaq
1200 kq narkotik vasitə məhv edildi
“Dərs vaxtı“nın iyunun 8-nə olan CƏDVƏLİ
Maşınla icazəsiz çıxanlar cəzalandırılır


21.05.2020  20:53 

DSX-nin həbs edilən VƏZİFƏLİLƏRİ





A+  A-

Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) Dövlət Sərhəd Xidmətində (DSX) keçirdiyi əməliyyat nəticəsində saxlanılan vəzifəli şəxslərin adları müəyyənləşib.
DTX-dən XəzərNews.az-a daxil olan məlumata görə, keçirilmiş birgə əməliyyat-istintaq tədbirləri nəticəsində müəyyən edilib ki, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin (DSX) rəis müavini, 2013-cü ildən 2020-ci ilin fevral ayınadək DSX Sahil Mühafizəsinin rəisi vəzifəsində xidmət etmiş general-leytenant Nağıyev Əfqan Vəli oğlu və onun tabeliyində olan DSX Sahil Mühafizəsinin vəzifəli şəxsləri - polkovnik Pənahov Nemət Hacı oğlu, polkovnik-leytenant Vəliyev Elçin Vaqif oğlu, polkovnik Əzizov Samiq Yusif oğlu, polkovnik-leytenant Muradov Sakit Yusif oğlu, mayor Namazov Müzəffər Qafil oğlu və digərləri qabaqcadan əlbir olan bir qrup şəxs halında vəzifə səlahiyyətlərindən istifadə edərək Xəzər dənizində balıq ovunun aparılmasına və dənizə balıq ovu ilə bağlı sərbəst çıxışlarına şərait yaradılması üçün bu fəaliyyətlə məşğul olan çoxsaylı Azərbaycan Respublikası vətəndaşlarından müxtəlif məbləğlərdə pulu rüşvət qismində istəməklə almışlar. İstintaq zamanı müəyyən edilmişdir ki, qeyd olunan vəzifəli şəxslər tərəfindən vətəndaşlardan rüşvət qismində tələb edərək alınmış külli miqdarda pul vəsaitləri hər ayın sonunda Əfqan Nağıyevə onun xidməti otağında təqdim edilmiş, Əfqan Nağıyev isə qrupun digər üzvləri arasında bölüşdürülməsi məqsədilə həmin yığılan pul vəsaitinin müəyyən faizini onlara geri qaytarıb.

Məhkəmə qərarları əsasında DSX-nin adıçəkilən vəzifəli şəxslərinin xidməti otaqlarına və yaşadıqları ünvanlara keçirilmiş baxış zamanı onların qəbul etdikləri pul vəsaitlərinin məbləğlərinə dair müxtəlif qeydlər, ayrı-ayrı valyutalarda saxlanılan pul vəsaitləri, iş üzrə əhəmiyyət kəsb edən digər sənədlər və maddi sübutlar aşkar edilərək götürülüb.



Xəbər 1108 dəfə oxunub.




06.06.2020  16:11 

Gəncədə narkotacir saxlanıldı

06.06.2020  15:09 

Azərbaycan nefti bahalaşdı

06.06.2020  14:52 

Sabahın HAVA PROQNOZU

06.06.2020  10:34 

Türkiyə şəhid verdi

05.06.2020  16:19 

Neft 41 dolları ötdü


BÜTÜN XƏBƏRLƏR +