Prezidentdən bayram paylaşımı -Foto
AZAL-a məxsus təyyarənin qara qutusu tapılıb
Azərbaycan xalqına böyük faciə üz verib -Prezident
“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər


07.05.2020  15:20 

Türk müğənni Əhmədi məhkəməyə verəcək - Mahnısını oğurlayıb





A+  A-

Türkiyənin pop ulduzu Buray azərbaycanlı müğənni Əhməd Mustafayevi oğurluqda ittiham edib.
XəzərNews.az xəbər verir ki, sənətçi uşaqlar üçün bəstələdiyi “Evdə qal” mahnısının Ə. Mustafayev tərəfindən mənimsədildiyini bildirib.

İnstaqramda post paylaşan sənətçi qeyd edib ki, Əhməd onun klipindəki rəqsləri, musiqini plagiat edib: “Əmək oğrusu! Sözləri, melodiyanı keçirəm. Bəs uşaqların rəqsi? Hər şeyi plagiatdır. Söz və musiqi müəllifi yerinə də öz adını yazıb.

Şikayət edəcəyik, məhkəmədə qarşılaşacağıq. Biz xalqa işıq, uşaqlara xoş əhval olsun deyə bu mahnını yazdıq. Yəni, ticari bir məqsədimiz olmayıb. Bu səbəbdən təzminat tələb etməyəcəyik. Verdiyim zəhmətin başqa ad altında təqdim olunması məni kədərləndirir. Əslində o, bizə yox, öz fanatlarına qarşı ayıb edib”.

Burayın sözügedən paylaşımından sonra Əhməd Mustafayev mahnını yutub səhifəsindən silib.

Xəbər 1720 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +