“190 manatla bağlı məsələyə baxılır”
İmtahanlarla bağlı AÇIQLAMA
Sahibkarlara 250 manat yardım veriləcək
Toylarla bağlı qadağa qüvvədə qaldı
Çimərliklərin istifadəsinə icazə verildi
SMS-icazə ləğv edilir
Kiyevdə terrorçu bankı ələ keçirdi
İtaliya Azərbaycana tibbi heyət göndərir
Roma Papası ağır xəstələnib
Sabah da yağış yağacaq


24.03.2020  14:48 

Vətəndaşların hərəkəti belə tənzimlənəcək - Nazirlik





A+  A-

Elan edilmiş xüsusi rejimin tələblərinə görə xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla respublikanın şəhər və rayon qeydiyyatında olan nəqliyyat vasitələrinin, eləcə də rayon qeydiyyatında olan vətəndaşlarımızın Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna giriş və çıxışları tam məhdudlaşdırılır. Həmçinin Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda qeydiyyatda olan nəqliyyat vasitələrinin və bu şəhərlərdə qeydiyyatda olan vətəndaşlarımızın respublikanın digər şəhər və rayonlarına çıxışlarına da məhdudiyyət qoyulur.
Bu fikirləri xüsusi karantin rejimi tətbiq olunduqdan sonra Daxili İşlər Nazirliyinə verilən suallara cavabında nazirliyin mətbuat xidmətinin rəisi Ehsan Zahidov deyib.

Bu günə qədər respublikanın digər şəhər və rayonlarına getmiş və hazırda da orada olan Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda qeydiyyatda olanların geri qayıda biləcəyi barədə suala cavabında nazirliyin rəsmisi deyib ki, onların Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna qayıtmalarına icazə verilir, lakin onlar xüsusi karantin rejimi müddətində respublikanın digər şəhər və rayonlarına buraxılmayacaqlar.

Əvvəlcədən Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna gəlmiş respublikanın digər şəhər və rayon qeydiyyatında olan nəqliyyat vasitələrinin və vətəndaşların aqibətinin necə olacağına gəlincə, onların qeydiyyatda olduqları şəhər və rayonlara çıxışlarına məhdudiyyət tətbiq edilmir. Lakin, onlar Bakı, Sumqayıt şəhərlərini və Abşeron rayonunu tərk etdikdən sonra xüsusi karantin rejimi müddətində geri qayıda bilməyəcəklər.

“Həyata keçirilən bütün tədbirlər vətəndaşlarımızın təhlükəsizliyinin təmin edilməsi və onların sağlamlığının qorunmasına xidmət edir. İnanırıq ki, vətəndaşlarımız xüsusi karantin rejimin bütün tələblərinə, o cümlədən Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın tətbiq etdiyi sosial izolyasiya tədbirlərinə ciddi riayət edəcək, verilən tövsiyə və qərarları anlayışla qarşılayacaqlar”, - deyə E.Zahidov bildirib. (trend)

Xəbər 844 dəfə oxunub.




03.08.2020  19:07 

İmtahanlarla bağlı AÇIQLAMA

03.08.2020  16:50 

SMS-icazə ləğv edilir

03.08.2020  15:12 

Roma Papası ağır xəstələnib

03.08.2020  14:48 

Sabah da yağış yağacaq

03.08.2020  12:49 

Şirkətin binasında intihar etdi

03.08.2020  10:16 

Cəbhədən nə xəbər?


BÜTÜN XƏBƏRLƏR +