Dağlarda 10 dərəcə şaxta olacaq
Ermənistanda Rusiya hərbçisi ölüb
18 yaşlı oğlan qonşusunu boğub öldürdü
Tramp özünə yeni məşğuliyyət tapacaq
Zərifdən Baydenə çağırış
“Facebook”un işində problemlər yaranıb
Sabaha gözlənilən hava açıqlandı
Dərslər həftə üzrə belə keçiriləcək
Bakıda silahlı şəxslər tutuldu - Video
Bakıda yataqxanada yanğın olub


12.03.2020  12:19 

“Nə vaxtdır hamıya deyirəm ki, bu qızı göndərin “Avroviziya”ya”





A+  A-

Azərbaycan 13-cü ildir ki, “Avroviziya” beynəlxalq mahnı müsabiqəsinə qatılır.
Ötənilki təmsilçimiz Çingiz Mustafayev “Truth” mahnısı ilə final mərhələsinə vəsiqə qazanaraq, 8-ci yerdə qərarlaşdı. Bu, 2014-2019-cu illərdə müsabiqədə qazandığımız ən yaxşı nəticə idi. Həmin illərdə digər heç bir təmsilçimiz onluğa düşə bilməmişdi.

Bu il ölkəmizi “Avroviziya”da təmsil edəcək Samirə Əfəndinin mahnı və klipi də artıq təqdim edilib. Belə ki, o, “Kleopatra” mahnısı ilə səhnəyə çıxacaq. Mahnının klipi “Avroviziya” tarixində ilk dəfə olaraq, Azərbaycanda, Qobustan Milli Tarix-Bəddi Qoruğunda çəkilib.

Bəs budəfəki təmsilçimizdən gözlənti nədir? Ümumiyyətlə, müsabiqəyə maraqda azalma müşahidə olunmurmu?

XəzərNews.az-ın məlumatına görə, mövzu ilə bağlı Modern.az-a danışan bəstəkar-müğənni Murad Arif builki seçimdən razılığını bildirərək, Samirə Əfəndinin yarışmada uğurlu olacağını deyib:

“Nə vaxtdır hamıya deyirəm ki, bu qızı göndərin “Avroviziya”ya. Samirə elə müğənnidir ki, vokalı, görünüşü, səhnə duruşu ilə üzümüzü ağ edəcək. İndi ümumi mənzərə haqqında bir şey deyə bilməyəcəm. Yəqin ki, maya yaxın, bütün ölkələr öz namizədlərini göstərəndən sonra bir proqnoz verə bilərəm. Çünki indi beşlikdə görərəm, sonra başqa ölkələr beş dənə qəşəng mahnı çıxarar, düşərik altıya”.

“Müsabiqədə qalibiyyətdən çox iştirak önəmlidir” deyən Xalq artisti, caz ustadı Cavan Zeynallı yarışmaya marağın azalmasını prosesə öyrəşməklə əlaqələndirir:

“Yeni qoşulanda hər şey dinamik, çox nəzarətdə olurdu. Amma ondan sonra prosesə alışdıq. Bunun formasını tam öyrəndik, bildik ki, necə olur. Əvvəl hər şey bir az ajiotajla olur axı. İndi Azərbaycanda bu yarışma ilə sakit tempdə məşğul olurlar.

Müsabiqəyə göndərilən müğənnilər zəif deyil, orada səsvermə var, dostlarımız var, düşmənlərimiz var. Layiq bilib, müsabiqəyə göndərdiyimiz müğənniyə səs verilib-verilməməsi vacib deyil, bizim orada iştirakımız vacibdir”.

Xalq artisti onu da vurğulayıb ki, təmsilçilərin seçilməsi kifayət qədər ciddi aparılır:

“Avroviziya” Azərbaycan üçün həm musiqi, həm siyasi tərəfdən həmişə maraqlıdır. Təmsilçilərimizin səs toplaya bilməməsi o demək deyil ki, onlar zəifdirlər. Ona görə ki, onlar burada elə münsiflərin qarşısından keçirlər ki, onların hamısı Xalq artisti, böyük musiqiçilərdir. Musiqilər də, hazırlıq səviyyəsi də zəif deyil. Sadəcə bu, bir yarışmadır və iştirak vacibdir. Hamı da görür ki, Azərbaycandan gələn müğənnilər güclüdürlər. Builki təmsilçimizə də uğurlar arzu edirəm”.

Qeyd edək ki, Niderlandın Rotterdam şəhərində keçiriləcək və şüarı “Açıl!“ (“Open up!”) olan “Avroviziya-2020” mahnı müsabiqəsinin yarımfinal mərhələləri mayın 12 və 14-də, final mərhələsi isə mayın 16-da “Ahoy Arena”da reallaşacaq.

Xəbər 1099 dəfə oxunub.




23.01.2021  13:26 

Dağlarda 10 dərəcə şaxta olacaq

23.01.2021  10:43 

Zərifdən Baydenə çağırış

22.01.2021  15:23 

Bu da Qarğabazar kəndi - Video


BÜTÜN XƏBƏRLƏR +