Yoluxanların sayı bu gün də artdı
DİN vətəndaşlara çağırış etdi
Almaniyada peyvəndlənmə tarixi məlum oldu
Lukaşenkodan tarixi bəyanata münasibət
Sabaha olan hava açıqlandı
“İstefa verməyəcəm” - Paşinyan
Tələbələrin nəzərinə!
Türkiyə də karantini gücləndirəcək
42 ədəd piyada əleyhinə mina aşkarlandı
Bu ərazilərdə su olmayacaq


06.12.2019  16:19 

Putin Zelenski ilə ayrıca görüşəcək





A+  A-

Rusiya Prezidenti Vladimir Putin ukraynalı həmkarı Vladimir Zelenski ilə görüşəcək.
XəzərNews.az-ın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Prezidentinin Mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Putin “normand dördlüyü”nün Parisdə keçiriləcək növbəti zirvə görüşünə ciddi əhval-ruhiyyədə gedəcək. O həmçinin, Fransa və Ukrayna Prezidentləri (Emmanuel Makron və Vladimir Zelenski), eləcə də Almaniya kansleri Angela Merkel ilə ayrı-ayrılıqda vacib ikitərəfli görüşlər keçirməyi planlaşdırır.

Kreml liderlərin görüşündən Donbassdakı vəziyyəti həll etmək və “Minsk-2”nin eroziyasının qarşısını almaq üçün addımlar gözləyir.

Qeyd edək ki, “Normand formatı” Donbasdakı vəziyyəti həll etmək üçün Almaniya, Rusiya, Fransa və Ukrayna arasında yaradılmış diplomatik qruplaşmadır. Ölkə liderlərinin növbəti danışıqları dekabrın 9-da Parisdə baş tutmalıdır.

Xəbər 742 dəfə oxunub.




26.11.2020  13:26 

Sabaha olan hava açıqlandı

26.11.2020  13:11 

Türkiyədə deputat həbs olundu

26.11.2020  11:57 

Tələbələrin nəzərinə!


BÜTÜN XƏBƏRLƏR +