Beyrutdakı partlayışda ölənlərin sayı artır
Dünən dənizdə 2 nəfər xilas edilib
Moskvada daha 13 nəfər koronavirusdan öldü
Yoluxanların sayı 200-dən aşağı düşdü
Təhsil Nazirliyi məlumat yaydı
Qaydaları pozan 17 velosipedçi cərimələndi
Çimərliklərdə 25 dərəcə isti olacaq
Gürcüstanda tədris ili 15 sentyabrda başlayacaq
Avropa Liqası 5 ay sonra bərpa olunur
Azərbaycan XİN Livana başsağlığı verdi


29.10.2019  16:54 

Tələbələrin öldüyü qəzanı sərxoş sürücü törədibmiş





A+  A-

Baş Prokurorluq Gəncədə iki tələbənin ölümü ilə nəticələnən qəza haqda məlumat yayıb.
XəzərNews.az həmin məlumatı təqdim edir:

“Gəncə şəhəri ərazisində sərxoş halda yol-nəqliyyat hadisəsi törədərək 2 şəxsin ölümünə səbəb olan sürücü cinayət məsuliyyətinə cəlb edilib.

Belə ki, oktyabrın 29-da saat 02 radələrində 1989-cu il təvəllüdlü Rauf Məmmədovun sərxoş halda idarə etdiyi “Lada Piriora” markalı 99-HD-730 dövlət qeydiyyat nişanlı avtomobillə Gəncə şəhəri, İ.Qayıbov küçəsində hərəkətdə olarkən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını kobud surətdə pozaraq Abbasəli Tağıyevin idarə etdiyi 57-CA-446 dövlət qeydiyyat nişanlı “Vaz-2106” markalı avtomobil ilə toqquşması nəticəsində “Lada Piriora” markalı avtomobildə olan sərnişinlər - 2000-ci il təvəllüdlü İkram Bayramlı və Eldar Məmmədovun hadisə yerində vəfat etmələri faktına görə Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat Bölməsində Cinayət Məcəlləsinin 263-1.4-cü (yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda pozma ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Cinayət işi üzrə zəruri ekspertizalar təyin olunmuş və digər təxirəsalınmaz istintaq hərəkətləri həyata keçirilib.

Aparılmış istintaqla hadisənin R.Məmmədov tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını kobud surətdə pozaraq törədilməsinə əsaslı şübhələr müəyyən edildiyindən, o, şübhəli şəxs qismində tutularaq müdafiəçi ilə təmin edilməklə dindirilib.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir”.

Qeyd edək ki, qəzada ölənlər Azərbaycan Dövlət Aqrar Universitetinin “Baytarlıq təbabəti və zoomühəndislik” fakültəsinin baytarlıq ixtisası tələbələri olub. 19 yaşlı gənclər universitetin III kursunda təhsil alırmışlar.

Xəbər 766 dəfə oxunub.



06.08.2020  11:43 

Neft 45 dollardan satılır

06.08.2020  10:06 

Bakıda binada yanğın olub

05.08.2020  15:39 

Təhsil Nazirliyi məlumat yaydı


BÜTÜN XƏBƏRLƏR +