Prezident cərimələrin artırılmasını təsdiqlədi
Oksford peyvəndi təsirini göstərdi
UEFA 775 milyon avroluq fond yaratdı
“Zaminbank”ın sədri həbs edilib
7 tona yaxın yararsız ət aşkarlandı
Sabah yağış yağacaq
Ağac kəsənlərin işi prokurorluğa göndərildi
Əsgərliyə yolasalma başladı
Azərbaycanda siqaret bahalaşdı
Bəhram Bağırzadə EKMO cihazından ayrılıb


09.09.2019  10:54 

Dövlət qulluğuna qəbul üzrə sınaq imtahanı keçiriləcək





A+  A-

DİM-də dövlət qulluğuna qəbul olmaq istəyən şəxslərin müsabiqənin test imtahanı mərhələsinə daha da səmərəli hazırlaşmalarına kömək məqsədilə elektron sınaq imtahanı keçiriləcək.
XəzərNews.az xəbər verir ki, sınaq imtahanı AA, AB, AC, BA, BB qrupları üzrə 13 sentyabr tarixində keçiriləcək. İmtahan saat 10:00-da başlayacaq.

Namizədlər imtahanı Mərkəzin Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında xüsusi ayrılmış zallarda kompüter vasitəsilə elektron formada verəcəklər.

Qeyd olunan imtahanda iştirak etmək üçün onlayn qeydiyyat 13 sentyabr saat 09:00-da başa çatacaq. Qeydiyyatdan keçmək üçün http://eservices.dim.gov.az/dqq/Exam/TestExamRegCom keçidinə daxil olmaq lazımdır.

Qeyd edək ki, sınaq imtahanında iştirak etmək istəyənlər DİM-in saytında “Şəxsi kabinet”lərini yaratmalıdırlar. Kabinet yaradılan zaman onun pul hesabı da açılır. “Şəxsi kabinet”də olan hesaba vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat payment.dim.gov.az saytında verilmişdir) yararlanmaq olar. “Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait qoyulduqdan sonra sınaq imtahanında iştirak etmək üçün DİM-in saytında onlayn qeydiyyatdan keçmək lazımdır.

Sınaq imtahanında hər qrup üzrə uyğun olaraq əvvəlki imtahanlarda olan eyni test tapşırıqlarından istifadə ediləcək. Təkrar imtahanda iştirak etmək istəyənlərin nəzərə alması xahiş olunur!

Xəbər 559 dəfə oxunub.




01.07.2020  14:46 

Sabah yağış yağacaq

01.07.2020  11:38 

Əsgərliyə yolasalma başladı

01.07.2020  11:09 

Azərbaycanda siqaret bahalaşdı


BÜTÜN XƏBƏRLƏR +