İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili


22.12.2018  10:08 

Sosial şəbəkələrdə necə işləyiblər?





A+  A-

Ötən il sosial medianın həyatımıza tam nüfuz etdiyi bir mərhələdə dövlət orqanlarının, xüsusilə də, nazirliklərin sosial şəbəkələrdən necə yararlandığını öyrənmək üçün kiçik bir monitorinq aparmışdıq. Məlum olmuşdu ki, informasiyaları sayt və yaxud mətbuat xidməti vasitəsi ilə yox, sosial şəbəkələrdən yaymağa daha çox üstünlük verənlərlə yanaşı, illərdir bu vasitələrdən istifadə etməyənlər də var.
Cari ildə xeyli dövlət orqanlarında kadr dəyişikliyinin baş verdiyini, daha çox gənc kadrların yüksək vəzifələrə gətirildiyini nəzərə alsaq, innovativ yeniliklərin də qaçılmaz olduğunu görə bilərik.

XəzərNews.az bildirir ki, “Qafqazinfo” yenidən sosial şəbəkələrdə monitorinq apararaq ötən bir il ərzində nələrin dəyişdiyinə nəzər salıb.

Məlum oldu ki, fəaliyyətini artan xətlə davam edənlərlə yanaşı, heç bir fərq, hətta daha da geriləyənlər var.
Təəssüflər olsun ki, bəzi qurumların səhifələrində gündəlik məlumatlar müntəzəm olaraq paylaşılsa da, aktivlik çox aşağıdır.

Kənd Təsərrüfatı Nazirliyi

Ötən ilin ən uğurlu nazirlik səhifələrindən birinin Kənd Təsərrüfatı Nazirliyinə məxsus olduğunu deyə bilərik. Qurumun əsas səhifəsində izləyicilər ötən ilə nisbətən ikiqat artaraq 23 minə yaxın olub. Bundan başqa, 14 minə yaxın izləyicisi olan Aqro Azərbaycan səhifəsi də paylaşılan informativ məlumatları ilə ötən ildə xeyli marağa səbəb olub. Burada şəxsi təsərrüfatçıların, fermerlərin müsahibələri diqqət çəkən məqamlardandır.

Təhsil Nazirliyi

Ən çox izləyicisi olan nazirliklərdən biri olan Təhsil Nazirliyi bu il izləyicilərini 20 min artıraraq 100 minə çatıb. Tvitterdə də aktiv olan qurum həmçinin xəbərləri yutub vasitəsilə də auditoriyaya çatdırır. Nazirliyin bütün tədbirləri səhifədə canlı yayımlanır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi

Strukturunda dəyişiklik olmuş digər bir qurum Ekologiya və Təbii Sərvətlər Nazirliyi də müsbət irəliləyiş əldə edənlərdəndir. Səhifəsində 14 min izləyicisi olan qurum müntəzəm payaşımlar edərək vətəndaşları məlumatlandırır. Xüsusilə də, Bayıl ərazisində baş verən çökmə zamanı səhifədə günün hər saatında canlı yayım vasitəsilə xəbərlərin ötürülməsi yüksək qiymətləndirilmişdi.

Gənclər və İdman Nazirliyi

Digər nazirliklərin səhifəsində artım olsa da, Gənclər və İdman Nazirliyində xeyli geriləmə var. Ötən il 10 min izləyicisi olan səhifəni bu il cəmi 4000 şəxs izləyir. Əhalisinin 3,6 milyonunu gənclər təşkil edən bir ölkənin qurumu üçün bu rəqəm çox aşağıdır.

Ancaq burada sevindirici bir məqam var ki, ötən ilə nisbətən səhifədə paylaşımın aktivliyi artıb. Məsələn, 2017-ci ildə nəzər saldığımız zaman səhifədə son paylaşım 2015-ci ildə, I Avropa Oyunları zamanı yerləşdirilmişdi.

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti

Qurumun səhifəsini 3 minə yaxın şəxs izləsə də, Xidmət innovativ yenilikləri ilə yerli və əcnəbi vətəndaşları sevindirir. Bu yaxınlarda yeni mobil tətbiqi vətəndaşlara təqdim edən Xidmət Rəisi Vüsal Hüseynov özü sosial şəbəkələrın aktiv istifadəçisidir.

Dövlət Gömrük Komitəsi

11 min izləyicisi olan dövlət qurumunun səhifəsi davamlı olaraq paylaşımlar edir. Bununla yanaşı qurumun tvitter və digər sosial şəbəkələrdə də hesabı var.

Daxili İşlər Nazirliyi

Nazirliyin feysbukda səhifəsinin izləyiciləri ötən ilə nisbətən 3 qat artaraq 27 minə çatıb. Gündəlik məlumatları səhifəsində yayımlayan qurum artıq informasiyaları video vasitəsilə ötürməyə də çalışır. Bunun üçün marifləndirici və ya informasiya yönümlü video-roliklər hazırlanır. Bununla yanaşı nazırlik son zamanlar tvitterdə hesabını da aktivləşdirib.

Mədəniyyət Nazirliyi

Qurum ötən il Mədəniyyət və Turizm Nazirliyi adı ilə 17 min izləyici toplamışdı. Bu il isə Dövlət Turizm Agentliyinin yaranması nəticəsində yeni bir səhifə yaradılaraq mədəniyyət sahəsindəki xəbərləri yayımlamağa başlayıb. Hazırda səhifənin 4 mindən çox izləyicisi var. Qurumun cari ildə rebrendinq edərək Azərbaycanın yeni turizm brendi təqdim edib.

Maliyyə Nazirliyi

Ötən ilə nisbətən izləyiciləri cəmi 800 nəfər artsa da, qurum sosial şəbəkələrdə xəbərləri intensiv yayımlayır.

Müdafiə Nazirliyi

Aprel hadisələrində yaradılaraq bir gün ərzində 100 min istifadəçi qazanan Müdafiə Nazirliyinin səhifəsi rəsmi qeydiyyatdan keçmiş 2 səhifədən biridir. Xəbərlərini 3 dildə yayımlayan səhifənin izləyicilərində isə ötən ilə nisbətən azalma var. Belə ki, ötən il 141 min izləyicisi olan səhifəni hazırda 138 min şəxs izləyir.
Videolara 3 min, 5 min bəyənmə gəldiyi təqdirdə, gündəlik xəbərlərə ortalama 20 bəyənmə gəlir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

Nazirliyin səhifəsini izləyənlərin sayı ötən ilə nisbətən 4 min artaraq 47 min olub. Müntəzəm paylaşımlarla yanaşı, qurum ötən bir il ərzində bir çox innovativ addımları ilə yadda qalan qurum ən asas addım olaraq sayt domenində yenilik edərək daha əlçatımlı olub.

İqtisadiyyat Nazirliyi

Nazirlik ötən ilə nisbətən izləyicilərin sayını 1000 nəfər artıraraq 6 minə çatdırıb. Səhifədə gündəlik olaraq qurumun gördüyü işlərlə bağlı xəbərlər paylaşılsa da, aktivlik aşağıdır. Həmçinin digər sosial şəbəkələrdə aktiv hesab işlədilmir.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi

Ötən il 11 min izləyicisi olan nazirlik səhifəsini bəyənənlərin sayı bu il 2 min artaraq 13 mindən çox olub. Xüsusilə forum və tədbirlərdən paylaşımlar edən qurum bir neçə sosial şəbəkədə aktivdir.

Səhiyyə Nazirliyi

Müntəzəm olaraq məlumatları sosial şəbəkə vasitəsilə oxuculara təqdim edən nazirlik səhifəsinin izləyiciləri ötən ilə nisbətən cəmi 800 nəfər artaraq 48 800 olsa da, aktivlik digər qurumlara nisbətən daha yüksəkdir.

Vergilər Nazirliyi

Ötən il 44 min 500 şəxs tərəfindən bəyənilən səhifənin bu il izləyiciləri artaraq 51 min olub. Bununla yanaşı nazirlik həm instaqram, həm tvitter, həm də yutub hesablarında aktivdir. Qurum aylıq olaraq "Vergilər" qəzetini də yayımlayır.

Xarici İşlər Nazirliyi

Səhifədə əsasən ingilis dilində paylaşımlar olan nazirlik səhifəsində ötən ilə nisbətən 1000 izləyici artıb. Daha çox tvitterdə aktiv olan qurum müntəzəm xəbərləri yerli və xarici vətəndaşlar üçün paylaşır.

Müdafiə Sənayesi Nazirliyi

Səhifəsinin izləyənlərin sayı 1300 nəfər artsa da, aktivlik elə də müşahidə olunmur.

Fövqəladə Hallar Nazirliyi

Nazirliyin səhifəsini izləyənlərin sayı 3 min artaraq 4 min olub. Müntəzəm olaraq səhifədə xəbərlər paylaşılsa da, aktivliyi artırmaq üçün qurum hər hansı bir addım atmır.

Ədliyyə Nazirliyi

Son bir ildə səhifədə yeganə dəyişiklik izləyici sayının bir qədər artaraq 1465 olmasıdır. Hələ də səhifədə səhifədə ilk və son məlumat 2011-ci ildə paylaşılıb.

Xəbər 843 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

24.04.2024  10:02 

ABŞ İrana sanksiya tətbiq edib

22.04.2024  09:19 

Faktiki hava AÇIQLANDI

22.04.2024  08:26 

Bu yollarda tıxac var - Siyahı


BÜTÜN XƏBƏRLƏR +