Daha 144 azərbaycanlı Bakıya gətirildi
Mehmanın müalicəsi üçün lazım olan pul toplandı
Neft 41 dolları ötdü
Təhsil haqqı ilə bağlı tələbələrə müraciət
Şəhərdə maska taxmayanlar cərimələnir
FHN-dən çimərliklərlə bağlı xəbərdarlıq
Sabah 32 dərəcə isti olacaq
Tramp Çini bu yolla cəzalandıra bilər
Bu poçt şöbələri işləməyəcək
Elektrik qatarları da işləməyəcək


23.01.2018  15:43 

Azərbaycan Qarabağda niyə antiterror əməliyyatına başlaya bilmir...





A+  A-

Dünya miqyasında artan separatçılıq və ona qarşı mübarizə fonunda Dağlıq Qarabağda antiterror əməliyyatları yenidən aktuallaşır. Məsələn, yanvarın 20-dən Türkiyə ordusu ərazilərinin təhlükəsizliyini təmin etmək və bölgədə terrorçuların fəaliyyətinə son qoymaq üçün “Zeytun budağı” əməliyyatına başlayıb. Belə bir vəziyyətdə həmçinin Azərbaycanın işğal olunmuş ərzailərində də antiterror əməliyyatlarının keçirilməsi məsələsi yenidən aktuallaşır.
Azərbaycanın işğal olunmuş ərzailərində də antiterror əməliyyatları keçirə bilərmi?

XəzərNews.az bildirir ki, məsələ ilə bağlı Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Rasim Musabəyov Modern.az-a danışıb.

Deputat bildirib ki, Azərbaycan işğal olunmuş ərazilərində antiterror əməliyyatları başladan zaman onun qarşısında təkcə Ermənistan durmayacaq.

“Belə əməliyyatların adının nə olması önəmli deyil. Mahiyyət bundadır ki, bunu etməyə imkan var, ya yox... Baxmayaraq ki, Suriya, Rusiya, ABŞ hökuməti Türkiyənin keçirdiyi əməliyyata qarşıdır. Amma onların Türkiyənin qarşısına orada güc çıxarmaq imkanları yoxdur.
Azərbaycan işğal olunmuş ərazilərində antiterror əməliyyatları başladan zaman bizim qarşımızda təkcə Ermənistanmı duracaq? Buna görə də mahiyyət nəyi necə adlandırmaqdan getmir. Mahiyyət ondadır ki, bu əməliyyatları sona çatdırmaq üçün imkan çatacaq, ya yox...
Biz Rusiya faktorunu yadımızdan çıxarmamalıyıq. Ukrayna da bu əməliyyatı antiterror əməliyyatı adlandırmışdı. Rusiya orda da durduğu üçün Ukrayna heç bir şey edə bilmədi. Ərazi bütövlüyününü qoruya bilmədi. Ona görə yenə də deyirəm ki, biz işğal olunmuş ərazilərimizdə antiterror əməliyyatları başladan zaman Rusiya faktorunu nəzərə almalıyıq”.

Xəbər 641 dəfə oxunub.




05.06.2020  16:19 

Neft 41 dolları ötdü

05.06.2020  13:51 

Sabah 32 dərəcə isti olacaq

05.06.2020  09:51 

Təhsil naziri əmr İMZALADI

05.06.2020  09:24 

16 yaşlı oğlan adam bıçaqladı

05.06.2020  08:57 

Merkel daha Kansler olmaq istəmir


BÜTÜN XƏBƏRLƏR +