Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı


17.11.2017  10:07 

“Ukraynanın 7 vilayətində Azərbaycan məktəbi açmışıq” - UABD-ın sədr müavini





A+  A-

Diaspor fəaliyyətində iş adamlarının rolunun böyük əhəmiyyəti var. Azərbaycan yenidən müstəqillik əldə etdikdən sonra xaricdəki biznesmen soydaşlarımız diaspor işində aktivlik göstəriblər. Bu da diasporun inkişafına çox böyük müsbət təsir göstərib. Lakin sonradan iş adamları diaspor işində aktivliklərini heç də istənilən səviyyədə davam etdirmədilər. Maraqlıdır ki, bu gün də iş adamlarında diaspor işinə bu soyuqluq varmı?
Elə müsahibimiz də gənc iş adamı, eyni zamanda Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu təşkilatının sədr müavini Elşad İbrahimovdur. Qeyd edək ki, E.İbrahimov 1981-ci ildə Bakı şəhərində anadan olub. BDU-nun Beynəlxalq münasibətlər fakültəsini, Taras Şevçenko adına Kiyev Dövlət Universitetinin magistraturasını bitirib. 2011-ci ildən Kiyevdə yaşayan E.İbrahimov biznes fəaliyyəti ilə məşğuldur. O, “New-Europe Ukraina” və “Ukrzv’əzok” şirkətlərinin rəhbəridir. Bununla yanaşı, müsahibimiz aktiv ictimai fəaliyyət də göstərir. 2016-cı ildən UABD-ın sədr müavinidir. Ailəlidir, bir övladı var.

-Diaspor işində nə kimi aktivlik göstərirsiz?

-İlk növbədə Ukraynada yaşayan azərbaycanlıların hüquqlarını qoruyuruq. Həmçinin Ukraynanın ictimai-siyasi həyatında fəal iştirak edirik. Ən əsası da Azərbaycan həqiqətlərini, yəni Qarabağ problemini, Xocalı faciəsini Ukrayna ictimaiyyətinə çatdırırıq. Bunu təkcə deməklə deyil, Ukrayna mediası, tədbirlər, bilbordlar vasitəsilə edirik. Məsələn, ötən il 20 Yanvar faciəsi ilə bağlı Dneprepetrovskidə tədbir keçirdik. Bu yaxınlarda da 18 oktyabr-Müstəqillik Gününü Ukraynada qeyd etdik.
Azərbaycan dili və adət-ənənələrinin qorunması üçün Ukraynanın 7 vilayətində Azərbaycan məktəbi açmışıq. Azərbaycan dövlətinin dəstəyi ilə azərbaycanlılar üçün dərsliklər çap etdiririk. Bundan başqa, “Azərbaycan sözü” qəzeti nəşr etdiririk. Bu qəzeti bütün Ukraynada pulsuz paylayırıq. Eyni zamanda arxiv və kitabxanalara bu qəzetin hər nüsxəsindən göndəririk.
Özümüzün “Diaspora TV” çəkiliş qrupumuz var. Keçirilən tədbirləri çəkib həm bütün vilayətlərdə olan azərbaycanlılara göndəririk, həm də Ukrayna ictimaiyyətinə təqdim edirik.
Ukraynanın bütün vilayətlərində təşkilatımızın qərargahlarını yaratmışıq. İstər təşkilatın mərkəzi, istərsə də vilayətlərdəki qərargahlar yerli rəsmi orqanlarla sıx əməkdaşlıq edir.
Ukraynada 50 nəfərdən çox azərbaycanlı alim yaşayır. Biz də Ukrayna Azərbaycanlıları Alimlər Şurasını yaratmışıq. Bizim təşkilatın sədri Hikmət Cavadov da bu şuranın üzvüdür. Ümumiyyətlə, UABD-ın özəyini həmin o alimlər təşkil edir.

-Ötən illərlə müqayisədə iş adamları diaspor işinə istənilən səviyyədə diqqət ayırmırlar. Sizcə, bunun səbəbi nədir?

-Qeyd etməliyəm ki, son dövrlər bu tendensiya zəifləyib. Yəni iş adamları diaspor fəaliyyətində çox aktiv iştirak edirlər. Amma siz haqlısız, ötən illərdə iş adamları, bu baxımdan, daha fəal idilər. Daha sonra onların diaspora inamları az olduğundan tədbirlərə qatılmadılar.

-Hazırda Ukraynada baş verən siyasi proseslərdə diaspor olaraq hansı mövqe nümayiş etdirirsiz?

-Biz Ukraynada demokratik fikirlərin inkişafı üçün istənilən xalq hərəkatına dəstək vermişik. İndi də biz buna hazırıq.

-Ukraynada kifayət qədər azərbaycanlı yaşayır. Diaspor olaraq onların hansı problemlərinə dəstək olursuz?

- Ukraynada yaşayan azərbaycanlılara dəstəyimiz böyükdür. Onların istər hüquq-mühafizə orqanları, istərsə də yeri icra orqanları ilə hər hansı problemi olursa, biz bunun aradan qaldırılmasına hər zaman dəstək olmuşuq. Demək olar ki, hər gün biz bu kimi məsələlərə qarşılaşırıq. Baxmayaraq ki, Ukrayna böyük əraziyə malikdir, lakin bacardığımız qədər soydaşlarımızın köməyinə çatırıq. Eləcə də hər zaman onların sevincinə də şərik olmağa çalışmışıq. Yəni həmvətənlərimizin hər hansı xeyir işinə də kömək edirik.

-Ukraynada azərbaycanlı tələbələrin də sayı çoxluq təşkil edir. Bu qüvvədən ictimai fəaliyyətdə nə dərəcədə faydalana bilirsiz?

-Burada Ümumukrayna Azərbaycanlı Gənclər Təşkilatı fəaliyyət göstərir. ÜAGT tərəfindən çox təqdirəlayiq işlər görülür. Təşkilat öz ətrafında, əsasən, Ukraynada təhsil alan azərbaycanlı tələbləri birləşdirir. Həmin azərbaycanlı tələbələr bizim istənilən tədbirlərdə çox fəal iştirak edirlər. Lakin Ukraynanın siyasi həyatında biz onlardan istifadə etmirik. Çünki biz hər işə demokratik yanaşırıq. Heç kimi məcbur edə bilmərik ki, gəlib bizim tədbirlərə qatılsın. Lakin özləri istəyirlərsə, gəlib iştirak edə bilərlər. Ancaq Azərbaycanla bağlı hər hansı tədbir olanda biz tələbələri dəvət edirik.








(palitranews.az)

Xəbər 3183 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

24.04.2024  10:02 

ABŞ İrana sanksiya tətbiq edib


BÜTÜN XƏBƏRLƏR +