Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı


28.11.2023  14:26 

“Diasporu böyütməkdənsə, insanlar arasında konflikt yaradırlar“





A+  A-

"Komitə naşı adamlarla iş görəndə, soydaşlarımız məyus olur, diaspor işindən qaçırlar"

Xəzərnews.az Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun təsisçilərindən biri, İsveç Azərbaycanlıları Konqresinin sədri Emil Mirzəyevin Bakupost.az -a müsahibəsini təqdim edir:

- Emil bəy, may ayında Dünya Azərbaycanlılarının Beynəlxalq Fondu yaradıldı. Bu Fondun yaranması hansı zərurətdən irəli gəldi?

- Bəli, bu ilin may ayında Stokholmda Fondun təsis iclası keçirildi. Sentyabrda isə 18 ölkədən olan təmsilçilərin iştirakı ilə Almaniyanın Münhen şəhərində ikinci toplantımız oldu. Fondun təsis olunmasında məqsəd daha çox insanı diaspor işinə cəlb etməkdir. Bir müddət əvvəl Kanada, ABŞ və İngiltərədən bəzi təşkilatlar bizə üzv olmaq istəyirdilər. Onları üzvlüyə qəbil etdik. Getdikcə Fondun sıraları böyüyür. Hazırda bir neçə layihəmiz var, onların üzərində işləyirik. Mətbuat nümayəndərinə, tələbələrə dəstək olmağa çalışırq. Onların Avropada siyasətçilərlə görüşünü təşkil etmək istəyirik.
Eyni zamanda Fond yarandığı gündən müxtəlif aksiyalar, tədbilər həyata keçirir. Bu ayın 14-də Beynəlxalq Muğam Mərkəzində 44 günlük müharibədə Qələbəyə həsr olunan böyük bir tədbir keçirdik. Müharibədə iştirak etmiş qazi şairlər şeirlərini səsləndirdilər, konsert verdilər. Tədbir anşlaqla keçdi. Bir səhvimiz oldu ki, orada 450 nəfərlik yer olduğunu düşünürdük, sən demə, 350 yer varmış. Tədbirə gözlədiyimizdən artıq adam gəldi, ayaq üstə qalanlar oldu, xeyli adam binaya buraxılmadı. Mən sizin saytınız vasitəsilə onlardan üzr istəyirəm.
Bundan başqa, Bakıda 6 ölkədən - Böyük Britaniya, İtaliya, İsveç, Polşa, Ukrayna və s. ölkələrdən Fondun nümayəndələrinin iştirakı ilə toplantımız oldu. Eyni zamanda Fondun Baş katibi Hikmət müəllimlə birlikdə Bakıda İsveç səfiri, eləcə də millət vəkili, Xalq şairi Sabir Rütəmxanlı ilə görüşümüz baş tutdu.

- Bəs, Avropa ölkələrində Fondun fəaliyyətinə maraq necədir?

- Yaranmasından qısa vaxt ötməyinə baxmayaraq, böyük marağın olduğunu görürük. Avropa və ABŞ-da yaşayan azərbaycanlılardan bizə xeyli müraciətlər gəlir, Fonda üzv olmaq istəyirlər. Biz də bununla əlaqədar komissiya yaratmışıq. Müraciətləri, həmin insanların yaşadıqları ölkələrdə Azərbaycanın təbliği üçün hansı işlər görə biləcəklərini araşdırır, onları üzvlüyə qəbul edirik.

- Yaxın dövr üçün Fondun hədəfləri nədən ibarətdir? Hansı işləri görmək istəyirsiniz?

- Fondun nümayəndələrinin olduğu dövlətlərdə yerli siyasətçilər, deputatlar, hökumət üzvləri ilə əlaqələr qurmaq, onlarla görüşlər keçirmək istəyirik. Elə ölkələr var ki, onlarla Azərbaycan parlamentinin dostluq qrupları yoxdur. Məsələn, Azərbaycan-İsveç dostluq qrupunu götürək. Azərbaycan tərəfdən nümayəndə var, amma İsveç tərəfdən nümayəndə yoxdur. Hazırda bu məsələ üzərində işləyirik. İstəyirik ki, İsveçdən də təmsilçi olsun. Düzdür, bizim oradakı diplomatlar da bacarıqlı insanlardır. Amma dostluq qrupunun yaradılması üçün Milli Məclisdən məktub getməlidir. İtaliya ilə yaradılan dostluq qrupu da zəifdir.
İkinci əsas məsələ yerli siyasətçilər və icra orqanları ilə əlaqə yaratmaqdır.
Ümumiyyətlə, 44 günlük müharibədə qələbəmizdən sonra Azərbaycan diasporunun strategiyası dəyişib. Biz Azərbaycanın tolerant ölkə olduğunu təbliğ edir, gələcəyə hesablanan layihələr həyata keçiririk.

- Qələbədən sonra Avropa ölkələrində azərbaycanlılara münasibətdə hansısa dəyişikliklər varmı?

- Bəli, var. Sizə bir maraqlı epizod danışım. Müharibədə qələbə əldə olunduqdan sonra biz Stokholmun mərkəzində yığışdıq, bayraqlarla yürüş etdik. İsveçli ailə - bir xanım həyat yoldaşı ilə bizə yaxınlaşdı və soruşdu ki, bu nə aksiyadır? Niyə bayraqlarla çıxmısız? Mən də dedim ki, bu, Azərbaycan bayrağıdır. Dedi, bilirəm, Azərbaycan bayrağıdır, niyə toplaşmısız? Dedim, biz müharibədə Qələbə qazanmışıq, torpaqlarımızı azad etmişik. İsveçli xanım dedi ki, düz eləyirsiniz, amma biz səhv buraxdıq. İsveçlə Finlandiya arasında Aland adası var, biz o vaxt həmin adanı Finlandiyaya bağışlamaqla səhv etdik.

- Bütövlükdə İsveçdə və Avropa ölkələrində azərbaycanlıların yerli cəmiyyətlərə inteqrasiyası necə gedir? Bu istiqamətdə nələrə nail olmalıyıq, hansı problemlər var?

- Əsas məsələ diaspora bacarıqlı, düzgün insanların cəlb olunmasıdır. Yəni, diaspor təşkilatlarının rəhbərliyinə elə insanlar gətirilməlidir ki, onlar yaşadıqları ölkədə nəsə bir iş görə bilsinlər. Mən İsveçdən danışa bilərəm. Orada yaşayan azərbaycanlılar arasında müəllimlər, həkimlər, hüquq-mühafizə orqanlarında çalışan insanlar, millət vəkilləri var. Onlara "yaşıl işıq" yandırılmalı, diaspor işinə cəlb edilməlidir. Əgər biz diaspor işini bu insanlarla aparsaq, onda isveçlilər də bizə hörmətlə yanaşar. Çünki onlar baxır ki, bu adam dili bilmirsə, heç nəyə nail olmayıbsa, necə diaspor rəhbəri ola bilər?! Biz diasporumuzun bu səviyyəyə qaldırılmasına çalışırıq. Amma hələ ki boşluqlar çoxdur. Düzdür, indi Fuad Muradov çalışır, Avropada böyük işlər görür, başa düşürəm, problemlər, çətinliklər var. Amma istərdik ki, xaricdə diaspor işi bacarıqlı insanlara tapşırılsın. Mən burada diaspor rəsmiləri ilə danışanda deyirəm ki, sizin üçün bu işləri görmək asandır, çünki bu işlərə vaxtımız, pulumuz gedir, çətinliklər çoxdur, amma sizin arxanızda dövlət, Prezident dayanıb, siz bu işləri qurmaq üçün o adamları tapa, danışıqlar apara bilərsiz.

- Amma açığı, zaman-zaman diasporumuzla bağlı xoş olmayan xəbərlər də alırıq. Rusiyada, Almaniyada, digər ölkələrdə çoxlu diaspor təşkilatlarımız var. Lakin çox vaxt onların bir araya gəlməsi mümkün olmur. Hətta bəzən hansısa diaspor təşkilatı təsis edilir, çox keçmir ki, onun alternativini yaradırlar... Bu nədən qaynaqlanır? Niyə belə hallar yaşanır?

- Diaspor qohum-əqrəba şirkəti deyil, xaricdə yaşayan azərbaycanlılar, onların təşkilatlanmış strukturudur. Kiminsə kimdənsə xoşu gəlməyə bilər. Amma hamımız orda yaşayırıq və bizi vahid maraq birləşdirməlidir. Bu maraq nədən ibarət olmalıdır? Azərbaycanı sevmək və ona xidmət etmək! Diaspor fəaliyyəti ilə məşğul olan Dövlət Komitəmiz var. Məncə, Komitənin üzərinə böyük məsuliyyət düşür. Komitə o insanlarla daha çox işləməli, daha konkret addımlar atmalıdır. Biz insanların arasını vurmaq yox, əksinə, onları barışdırmaq xətti tutmalıyıq. Əgər Komitənin nümayəndələri gəlib hansısa ölkədə heç bir nailiyyəti olmayan adama dəstək verirsə, bacarıqlı adamlar kənarda saxlanılırsa, o zaman problemlər yaranır. O insan deyir ki, mən dili bilirəm, bu cəmiyyətə inteqrasiya olunmuşam, Azərbaycana daha çox xeyir verə bilərəm, ancaq Komitə dili bilməyən, naşı adamlarla iş görür. Həmin adamlar məyus olur, diaspor işindən qaçırlar və bunun da ziyanı Azərbaycana dəyir. Ona görə də Diaspor Komitəsinin bu istiqamətdə strategiyası olmalıdır. Həmin strategiya ilə irəli getmək lazımdır.

- Dövlət Komitəsinin bu yanaşması nədən irəli gəlir: təşkilatlara yetərincə bələd olmamasından, yoxsa onlara belə daha əlverişlidir deyə?

- Çox yaxşı sualdır. Mən uzun müddətdir diaspor fəaliyyəti ilə məşğulam. Köhnə rəhbərlik vardı, 2018-ci ildən yeni rəhbərlik gəlib. Mən onların heç bir strategiyasını görməmişəm. Nəyə nail olmaq istədiklərini anlamıram. Diaspor işi belədir ki, gərək, ildən-ilə nəsə edəsən. Əgər məktəb açırsansa, sən gərək, müəllim yetişdirəsən. Mən bu istəyi görmürəm. Çox fikirləşirəm bu haqda. Diasporu böyütməkdənsə, insanlar, təşkilatlar arasında konfliktlər yaradırlar. Mən belə görürəm. Artıq biz bu məsələlərdə alət olmaq istəmirik. Fond yaranandan sonra sırf Azərbaycan dövlətinin marağını əsas götürüb hansısa işlər görmək, irəli getmək barədə fikirləşirik.

- Bəs, Dövlət Komitəsinin rəhbərliyi ilə bu barədə söhbətləriniz olubmu? Necə reaksiya veriblər?

- Əvvəllər olub. Amma son iki ildə heç bir əlaqəm yoxdur. Biz İsveçdən olan jurnalistləri Şuşaya gətirmişdik. Elə şərait yarandı ki, bizdən sonra başqa insanlar İsveçdən digər bir qrup jurnalisti Azərbaycana gətirdi. Bu, böyük səhv idi. Mən bu barədə fikrimi onlara demişəm.



- Yəni "Siz jurnalistləri gətirmisiz, bizə də gətirdik" deyə belə bir addım atıldı?

- Bəli. Mən heç vaxt qəhrəman olmaq istəməmişəm, istəmirəm də. Sadəcə, biz İsveç-Azərbaycan Konqresi olaraq o adamlarla illərdir işləyirik deyə, onları gətirdik ki, vəziyyətlə tanış olsunlar. Mən gəlib Diasporla iş üzrə Dövlət Komitəsinin rəhbərliyinə dedim ki, belə bir layihəmiz var, onları gətirmək istəyirik. Çox sağ olsunlar, bizə kömək etdilər. Prezident Administrasiyasından da böyük dəstək oldu. Amma sonra nə baş verdi? Sonra İçveçdə bizim adını jurnalist qoyan, amma jurnalistikaya heç bir dəxli olmayan, bir gün də jurnalist kimi işləməyən, bir kron vergi verməyən adama iş tapşırdılar, o da gedib bir qrup başqa jurnalistləri Azərbayacana gətirdi. Həmin jurnalistlər İsveçə qayıtdıqdan sonra bu səfər çox böyük "rezonans" doğurdu. Başladılar Azərbaycanın əleyhinə yazmağa. Bu, bizim işimizin əleyhinə oldu. Məsələn, biz İsveçin dəstəyi ilə Konqresdə böyük layihələrdə iştirak edirdik. Həmin yazılardan sonra bizi həmin layihələrdən uzaqlaşdırdılar.

- Yəni faktiki olaraq, bu fəaliyyət əleyhimizə işlədi. Həmin jurnalistlər Azərbaycanın əleyhinə yazdılar, eyni zamanda İsveç hökuməti sizi dediyiniz layihədən kənarda saxladı...

- Bəli. O ərəfədə İsveç radiosundan zəng etmişdilər, oranın müxbiri məndən müsahibə götürdü. Mən gordüm ki, jurnalist bizə qarşı çox aqressiv danışır. Dedim ki, indi İngiltərədəyəm, suallarınızı göndərin, mən sizin suallarınıza cavab verim. Uzun-uzadı iş aparıb vəziyyəti düzəltməyə çalışdıq. Çünki Konqresə böyük bir basqı oldu. Ona görə də belə hallar olmamalıdır. Yəni biz orada yaşayırıqsa, bir qrup jurnalisti gətirmişiksə, mən demirəm ki, Komitədən bizimlə məsləhətləşsinlər, heç olmasa, bəzi şeyləri soruşardılar. Çünki biz orda yaşayırıq, isveçlilərin yanaşmasına, mədəniyyətinə bələdik.

- Həm də bu təcrübəni keçmişdiniz...

- Bəli, bu səfər bizim Konqresə böyük bir ziyan vurdu. İndi hər yerdə bizə "yox" deyirlər...
Orada bir jurnalist var, Rasmus adında. Onu da Azərbaycana dəvət etmişdim. Sonra bizim İsveçdəki cənab səfirimiz Zaur müəllim, - çox təcrübəli diplomatdır, - mənə dedi ki, bu adam Azərbaycana qanunsuz gedib. Ermənistan vasitəsilə Qarabağa keçib, ona görə də onun adı qara siyahıdadır. Mən onu Azərbaycana gətirmədim. Amma sonra məlum oldu ki, digər qrup onu Azərbaycana gətirib. Azərbaycana gedib qayıdan jurnalistlərlə birləşib ölkəmizə və mənə qarşı böyük bir kampaniya apardı, qəzetlərdə yazdı. Siz mətbuatda onun yazdıqlarına baxa bilərsiniz. Bir sözlə, diaspora, Azərbaycana və İsveç Azərbaycanlıları Konqresinin imicinə böyük zərbə vurdular.

- Bəs son on ildə diasporun fəaliyyətində irəliləyişlər, müsbət dəyişikliklər varmı?

- Əsas məsələ odur ki, artıq xaricdə, o cümlədən İsveçdə azərbaycanlıların yeni nəsli formalaşıb. Bizim gənclər orada universitet bitiriblər və müxtəlif dövlət idarələrində çalışırlar. Son 10 ildə azərbaycanlılar İsveçin mühitinə daxil olub. Həkimlər, müəllimlər, siyasətçilər, hüquq-mühafizə orqanlarında çalışıran azərbaycanlılar var. Mən özüm də hökumət işində çalışıram. Bizə ən çox verilən sual budur: neçə ildir İsveçdəsən? İkinci sual isə o olur ki, yoldaşın isveçlidir? Deyirəm, yox, azərbaycanlıdır. Yəni sən nəyəsə nail olmusansa, adamlar fikirləşirlər ki, ya İsveçdə doğulmusan, ya da yoldaşın isveçlidir. Amma siz yaxşı sual verdiniz, bu on ildə bizim əsas qazancımız o olub ki, azərbaycanlılar İsveçin, Avropanın mühitində mütəxəssis kimi özlərinə yer qazana biliblər.

- Amma bizim təhsilli təbəqə olduqları ölkədə cəmiyyətə o dərəcədə inteqrasiya olunurlar ki, bəzən haralı olduqlarını, kimliklərini unudur, assimilyasiya olunurlar.

- Bu da vacib məsələdir. Ancaq mən sizə deyim ki, bu, dövlətdən asılıdır. Məsələn, Almaniya, Fransada sən assimilyasiya oluna bilərsən. Amma mən öz yaşadığım ölkədən - İsveçdən danışıram. Orada cəmi 10 milyon əhali var. İsveçlilər bizi heç zaman isveçli kimi qəbul etmirlər. Buna bir tərəfdən sevinrəm ki, inteqrasiya olunmaq yaxşıdır, amma assimilyasiya olunmursan. Adamlar var ki, adını-soyadını dəyişir, amma yenə də azərbaycanlı kimi qalır. Almaniyada bəzi azərbaycanlılar karyera qurmaq üçün bu cür yollara əl atırlar. Amma İsveç, Norveç, Finlandiya kimi balaca ölkələrdə assimilyasiya olunmaq təhlükəsi yoxdur.

Zahid,
BakuPost


Xəbər 3321 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

24.04.2024  10:02 

ABŞ İrana sanksiya tətbiq edib


BÜTÜN XƏBƏRLƏR +