İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili


11.10.2017  18:06 

“Azərbaycana qarşı ağlasığmaz faktlar səsləndirirlər” - Səməd Seyidov





A+  A-

"AŞPA-dakı bugünkü müzakirələr bir daha göstərdi ki, burada müxtəlif qruplar, xüsusilə ermənilər tərəfindən dəstək alanlar Azərbaycanı ciddi tənqid etmək cəhdlərini ortaya qoymağa çalışdılar. Təsəvvür edin, çox vaxt AŞPA-nın iclaslarında iştirak etməyən şəxslər hamısı bura gəlib, Azərbaycanla bağlı bu fürsəti əldən vermək istəmədilər".
XəzərNews.az APA-ya istinadənxəbər verir ki, bunu Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib.

S. Seyidovun sözlərinə görə, həmin şəxslər açıq-aşkar öz qarşılarına məqsəd qoyublar ki, Avropa Şurası daxilində Azərbaycana qarşı lobbiçilik, nifrət kampaniyası yaratsınlar: "Burada yalan, böhtan, Azərbaycana qarşı ağlasığmaz faktları gündəmə gətirib səsləndirirlər. Azərbaycanda gedən hüquqi islahatlar, hakimlərin təyin olunması, qanunvericiliyin inkişaf etdirilməsi kimi məsələlər bütün dövlətlər tərəfindən qəbul olunub və bu, danılmaz faktdır. Ancaq məruzəyə "Azərbaycanda hüquqi islahatlara başlamaq lazımdır" sözlərini əlavə etmək o deməkdir ki, ya onlar Azərbaycanda gedən prosesləri ümumiyyətlə bilmirlər, ya da Azərbaycana qarşı qəsdən əsassız iddialar irəli sürürlər. Bugünkü müzakirələrdə onların əsas məqsədi Azərbaycanla Avropa Şurası arasında uçurum yaratmaq idi. Ancaq onlar istədiklərinə nail ola bilmədilər. Çünki çıxışlar arasında Azərbaycanın inkişafı, mövqeyi, rolu, gördüyü işlərlə bağlı həm Azərbaycan nümayəndə heyəti tərəfindən, həm bir sıra AŞPA deputatları tərəfindən konkret faktlar çatdırıldı. Əsas odur ki, burada da başa düşdülər ki, Avropa Şurasının baş katibi Avropa İnsan Haqları Məhkəməsində on minlərlə yerinə yetirilməmiş işi kənara qoyaraq yalnız bir işdən yapışıb, Azərbaycanın nüfuzuna, mövqeyinə birbaşa zərbə vurmaq niyyətindədir. Biz bu məsələni də burada qaldırdıq".

S. Seyidov bəzi çıxışların arxasında erməni lobbi qüvvələrinin pullarının dayandığını bildirdiklərini də deyib: "Biz konkret olaraq bildirdik ki, hansısa ölkələrlə dialoq qurmaq üçün gecə-gündüz çalışırlar, Azərbaycanla bağlı isə uçurum yaratmaq istəyirlər. Bu cəhdlər elə-belə deyil, bunların arxasında Azərbaycanı istəməyən qüvvələr var. Ancaq bunlar ayaq tutar, yeriyə bilməzlər. Yalan və böhtan üzərində qurulmuş kampaniya heç vaxt nəticə verə bilməz. Azərbaycan öz işlərini davam etdirir, həqiqətləri AŞPA deputatlarına da, Avropa ictimaiyyətinə də çatdırır. Bu gün Azərbaycan güclü və müstəqil dövlətdir. Avropa Şurası, AŞPA Azərbaycanla əlaqələr qurmaqda daha çox maraqlıdır, nəinki Azərbaycan. Çünki onlar da başa düşürlər ki, Azərbaycansız, Azərbaycanın Şərqlə Qərbi birləşdirən fəlsəfəsi olmadan AŞPA özü də yaşaya bilməz".

O, bəzilərinin Azərbaycanda gedən islahatları, ölkədəki qaçqın və məcburi köçkünlərlə bağlı görülən işləri inkar etdiklərini də diqqətə çatdırıb.

"Ümumiyyətlə, bu gün biz AŞPA-da ağa qara demək siyasətini və davranışını gördük. Mən əminəm ki, bu gün qəbul olunan məruzələr AŞPA-ya utanc gətirən bir sənədlərdir. Xüsusən İnsan Haqları Komitəsi adından qəbul olunmuş "Azərbaycanın Avropa Şurasında sədrliyi: insan hüquqlarına əməl edilməsi sahəsində atılacaq növbəti addımların vəziyyətinə dair” sənədi qeyd etmək istəyirəm. Özü də bunu tam məsuliyyətlə deyirəm. Çünki məsələləri süni şəkildə gərginləşdirmək, hesabata həqiqətdən uzaq olan faktları daxil etmək onu ciddilikdən çıxarıb, qeyri-ciddi sənəd halına gətirir. Azərbaycan müstəqil dövlət kimi belə bir sənədlə işləyə bilməz”, - deyə S. Seyidov qeyd edib.

Xəbər 1278 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

24.04.2024  10:02 

ABŞ İrana sanksiya tətbiq edib

22.04.2024  09:19 

Faktiki hava AÇIQLANDI

22.04.2024  08:26 

Bu yollarda tıxac var - Siyahı


BÜTÜN XƏBƏRLƏR +