“Fərdi jurnalist müsabiqəsi”nin qalibləri açıqlandı - Siyahı
Qobuda dəhşətli qəzanın... - Videosu
Bəzi qanunların dili olduqca çətindir - Sabir Rüstəmxanlı
Büdcəyə gömrük daxilolmaları niyə azalıb?
Kimlərə 8 min manat müavinət veriləcək?
Tibbi Sığorta ilə dərmanları necə alacağıq?
Prezident Əliyev Əraqçı ilə nədən danışıb?.. - QƏBUL
Şüeyb Bəhmən yenə cəfəng iddialar səsləndirib
Pirəkəşkül və Ağdərədə partlayış olacaq - Rəsmi
Əraqçi Prezident İlham Əliyevlə görüşüb


26.09.2017  22:18 

Bərzanini dəstəkləyən şöbə müdiri cəzalandırılacaq





A+  A-

Ərazisi işğal olunmuş Laçın rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri Fizuli Tanirverdiyevin sosial şəbəkələrdə İraq Kürdüstanında keçirilən müstəqillik referendumunu dəstəkləyən status və fotolar paylaşması, rəsmən kürdlərin lideri Məsud Bərzaninin tərəfini saxlaması ictimiayyət tərəfindən böyük narazılıqla qarşılanıb. Rəsmi qurumda çalışan məmurun separatçı rejimə dəstək verən paylaşımları bir anda bütün izləyicilər tərəfindən tənqidlərə məruz qalıb.
XəzərNews.az xəbər verir ki, məsələ ilə bağlı Laçın rayon İcra Hakimiyyətindən Modern.az-a verilən məlumata görə, şöbə müdiri Fizuli Tanirverdiyevlə bağlı ölçü götürüləcəyi bildirilib:

“Məsələ diqqətimizdədir. Lazımi ölçü götürüləcək”, - deyə qurumdan söylənilib.

Qeyd edək ki, Fizuli Tanirverdiyev özünün Facebook səhifəsində İraq Kürdüstanının müstəqilliyini dəstəklədiyini bildirib, Şimali İraq Kürd Muxtariyyətinin rəhbəri Məsud Bərzaninin fotolarını paylaşıb, müxtəlif statuslar yazıb. Məsələnin ictimailəşdiyini görən Fizuli Tanirverdiyev dərhal paylaşımlarını silib.

Xatırladaq ki, Azərbaycanın yüksək çinli rəsmiləri raq Kürdüstanında keçirilən müstəqillik referendumunu pisləyən açıqlama veriblər.

Xəbər 3563 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +