Dolların məzənnəsi düşür, məhsullar bahalaşır
“Toplum TV işi“ üzrə növbəti prosesi keçirilib
Pirəkəşküldə partlayış olacaq... - Qorxmayın
Putin -Tramp görüşü razılaşma tələb edir- Uşakov
Qəzza qatliamı: 54 418 nəfər ölüb, 124 190 nəfər yaralanıb
Eldar Mahmudovun şəxsiyyət vəsiqəsini yeniləmirlər
Sabahın havası açıqlandı: Bakıda və rayonlarda...
Messi Azərbaycan millisini təbrik edib
Öpüşmək psixikaya mənfi təsir göstərir
Prezident Alparslan Bayraktarı qəbul edib


07.11.2024  16:49 

“Nar” “TouristSIM” tariflərini təqdim edir





A+  A-

Ölkənin ən sərfəli mobil operatoru “Nar” ölkəmizə gələn turistlərin ünsiyyət ehtiyaclarını nəzərə alaraq, “TouristSIM” tariflərini təqdim edir. Xüsusi olaraq, ölkəmizə səyahət edən xarici qonaqlar üçün nəzərdə tutulmuş bu tariflər turistlərə sərfəli qiymətlə mobil internet, ölkədaxili və beynəlxalq zənglər təklif edir.

Xəzərnews.az xəbər verir ki, ölkəmizdə vaxtlarını əyləncəli və səmərəli keçirmək üçün turistlər cəmi 34 AZN-ə “TouristSIM 40GB” paketi əldə edə bilərlər. Paketə 20GB mobil internet və sosial şəbəkələr üçün 20GB əlavə internet, həmçinin 100 dəqiqə ölkədaxili və 20 dəqiqə beynəlxalq zənglər daxildir.

Bundan əlavə, irihəcmli paket əldə etmək istəyənlər üçün “TouristSIM 70GB” və “TouristSIM 130GB” tarifləri də mövcuddur. “TouristSIM 70GB” paketinə 40GB mobil internet, sosial şəbəkələr üçün 30GB internet, 170 dəqiqə ölkədaxili və 50 dəqiqə beynəlxalq zəng daxildir . “TouristSIM 130GB” paketinə isə 80GB mobil internet, sosial şəbəkələr üçün əlavə 50GB internet, 250 dəqiqə ölkədaxili və 70 dəqiqə beynəlxalq zənglər daxildir. “TouristSIM 70GB” və “TouristSIM 130GB” paketlərinin qiymətləri müvafiq olaraq 55 AZN və 75 AZN-dir.

Tarifi aktivləşdirmək üçün turistlər istənilən “Nar” mağazasına yaxınlaşaraq ölkəmizə giriş zamanı qeydiyyatdan keçirdikləri pasportlarını təqdim etməlidirlər. Qeyd edək ki, paket aktivləşdirildikdən sonra 30 gün müddətində istifadə edilə bilər və bu müddətin sonunda nömrə avtomatik olaraq deaktiv edilir. Tariflər haqqında daha ətraflı məlumatı nar.az/TouristSIM səhifəsindən əldə etmək mümkündür.

Hazırda 2,2 milyon abunəçiyə yüksəkkeyfiyyətli rabitə xidmətləri göstərən “Nar” son 5 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.



Xəbər 8317 dəfə oxunub.




02.06.2025  14:54 

Rusiyada 41 təyyarə vurulub

02.06.2025  09:17 

Lerikdə zəlzələ qeydə alınıb

01.06.2025  14:54 

Saleh Səmədovu DTX həbs edib?


BÜTÜN XƏBƏRLƏR +