Daha iki MAXE ordudan kənarlaşdırıldı
Azərbaycan neftinin qiyməti 100 dollara yaxınlaşır
Rayonlardan un qıtlığı var?
Gənclər Şəhərciyində hər an partlayış ola bilər – Səbəb?
Elşən Xəzər “İran agenti”di? - İttihamlara CAVAB
Deputat TURANŞİKİRANŞİKlərdən yazdı...
Daha bir deputatın statusu gülüşə səbəb oldu - FOTOFAKT
Azərbaycanda internetin qiyməti niyə qalxdı?
Payızda quru sərhədlər açıla bilərmi?
Ankara-Moskva yaxınlaşması bölgəyə nə vəd edir?


08.09.2017  21:17 

Qalmaqallı “26” kafesi kimindir? - Təfərrüat + Fotolar





A+  A-

Xəbər verdiyimiz kimi, bu gün Bakının Səbail rayonu ərazisində, “Sahil bağı” (keçmiş “26 Bakı Komissarı” bağı) yaxınlığında, Xaqani küçəsində yerləşən “26” - “Twenty six” adlı kafe bağlanıb. Əraziyə Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov və Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini, polis general-mayoru Səhlab Bağırov da gəlib.
Ölkə gündəmini zəbt edən hadisədən sonra kafenin kimə məxsus olmağı müzakirələrə səbəb olub.

XəzərNews.az bildirir ki, “Qafqazinfo”nun özəl mənbələrdən əldə etdiyi məlumata görə, “26” adlı kafenin sahibi Bakı Dövlət Universitetində Hüquq fakultəsinin dekanı, professor Ərəstun Qasımovdur.

Kafeni Ə. Qasımovun oğlu Əliyarın işlətdiyi bildirilir.

Ailə həmçinin, “Hollivud” restoranlar şəbəkəsini də idarə edir.

Əliyar Qasımov sosial şəbəkə hesabında dəbdəbəli həyatını əks etdirən fotoları paylaşıb. Üç uşaq atası olan Ə. Qasımov oğluna atasının adını qoyub.

Xatırladaq ki, “26” adlı kafe Yazıçılar İttifaqının binasının bir hissəsi icarəyə götürülərək onun yerində açılıb. Məsələ ilə bağlı Azərbaycan Yazıçılar Birliyinin İctimiayyətlə Əlaqələr Şöbəsinin rəhbəri Xəyal Rza Unikal.org-a açıqlamasında bildirib ki, kafe orada artıq bir neçə aydır fəaliyyət göstərir: “Bu qərarın indi verilməsi başa düşülən deyil. Paytaxtımızda dünənə kimi 26 Bakı komissarlığı adında küçə də var idi. Əslində ən böyük qəbahət bax budur”.

X.Rza Yazıçılar Birliyinin binasındakı sözügedən ərazi boş olduğundan icarəyə verildiyini deyib: "Biz buna necə müdaxilə edə bilərdik? Biri açdığı obyektin adını 26, digəri isə 28 qoyur. Onda belə çıxır ki, kimsə 26 rəqəmindən istifadə etmək üçün Hacıbala Abutalıbovdan icazə almalıdır?”















Xəbər 13673 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

12.08.2022  10:10 

Rayonlardan un qıtlığı var?

09.08.2022  18:01 

Hava ilə bağlı xəbərdarlıq...


BÜTÜN XƏBƏRLƏR +