İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili


11.07.2017  20:18 

Azərbaycanda yeni medal təsis edildi





A+  A-

Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanunda dəyişikliyi təsdiqləyib.
XəzərNews.az-ın məlumatına görə, dövlət başçısı bu gün imzaladığı digər sərəncamlarla “Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalı haqqında Əsasnamə” və “Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalının təsviri” təsdiq edilib.

“Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalı haqqında ƏSASNAMƏ

Maddə 1. Təltif edilən şəxslər

“Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalı ilə 2018-ci il iyunun 26-dək Azərbaycan Ordusunda həqiqi hərbi xidmət keçən və döyüş hazırlığında uğurlar qazanmış, habelə Azərbaycan Ordusundan ehtiyata və ya istefaya buraxılmış, Azərbaycan Ordusunun qurulmasında və möhkəmləndirilməsində fəal iştirak edən zabit, gizir, miçman və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları təltif edilirlər.

Maddə 2. Təltif edən orqan

“Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalı ilə bu Əsasnamənin 1-ci maddəsində göstərilən şəxslər müvafiq icra hakimiyyəti orqanı tərəfindən təltif edilirlər.

Maddə 3. Taxılma qaydası

“Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)” Azərbaycan Respublikasının yubiley medalından sonra taxılır.

Maddə 1. Medalın ümumi təsviri

“Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalı (bundan sonra – medal) bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş, 37 mm x 50 mm ölçüdə düzbucaqlı və ona halqa və ilgək vasitəsilə birləşdirilmiş diametri 37 mm, şuaları olan səkkizguşəli lövhədən ibarətdir.

Maddə 2. Medalın ön tərəfi

2.1. Medalın ön tərəfində səkkizguşəli lövhənin üzərinə iki tərəfdən konturlanmış çevrəsi olan, səthi çevrə boyunca Azərbaycan Respublikasının Dövlət bayrağının rənglərinə uyğun mina ilə örtülmüş lövhə yerləşdirilmişdir.

2.2. Medalın mərkəzi çevrəsinin yuxarı hissəsində qövs boyunca “AZƏRBAYCAN”, aşağı hissəsində “ORDUSU” sözləri yazılmış, kənarlarında sol tərəfdə “1918”, sağ tərəfdə isə “2018” rəqəmləri təsvir edilmişdir.

2.3. Çevrənin mərkəzində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin emblemi həkk edilmişdir. Medalın mərkəzindən aşağıda emblemin alt tərəfində “100 il” yazılmışdır.

2.4. Səkkizguşəli ulduz və onun şuaları, çevrənin konturları, emblem, sözlər və rəqəmlər relyefli olaraq qızılı rəngdədir.

Maddə 3. Medalın arxa tərəfi

3.1. Medalın arxa tərəfi hamar səthlidir, ortada “AZƏRBAYCAN ORDUSUNUN 100 İLLİYİ 1918-2018” sözləri və rəqəmləri relyefli yazılmışdır.

3.2. Medalın arxa tərəfinin aşağı hissəsində səkkizguşəli ulduz relyefli təsvir edilmişdir.

Maddə 4. Medalın elementləri

4.1. Medalın paltara bərkidilmək üçün 37 mm x 50 mm ölçüdə düzbucaqlı elementi var.

4.2. Elementin yuxarı hissəsinə 40 mm x 5 mm ölçüdə düzbucaqlı lövhə bərkidilmişdir. Lövhənin üzərində relyefli palıd yarpaqları təsvir edilmişdir.

4.3. Elementin aşağı hissəsinə 40 mm x 9 mm ölçüdə beşbucaqlı lövhə bərkidilmişdir. Lövhənin mərkəzində relyefli aypara və ulduz təsvir edilmişdir.

4.4. Elementin üzərinə kənarlarından mərkəzə doğru ardıcıl olaraq 1 mm enində qızılı, 9 mm enində tünd yaşıl, 1 mm enində ağ və mərkəzdə hər birinin eni 5 mm olan Azərbaycan Respublikasının Dövlət bayrağı rənglərində şaquli zolaqlar təsvir edilmiş xara lent çəkilmişdir.

4.5. Medala paltara bərkidilmək üçün elementi olan, eyni xara lentdən üz çəkilmiş 37 mm x 10 mm ölçüdə qəlib əlavə olunur.



Xəbər 903 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

24.04.2024  10:02 

ABŞ İrana sanksiya tətbiq edib

22.04.2024  09:19 

Faktiki hava AÇIQLANDI

22.04.2024  08:26 

Bu yollarda tıxac var - Siyahı


BÜTÜN XƏBƏRLƏR +