Rusiya mediasından Azərbaycana qarşı TƏXRİBAT
“PulPal” “Mpay”də qanun pozuntuları aşkarlanıb
Təhsil Tələbə Kreditini almaq niyə əlçatmaz olub?
Daha bir məktəb direktorunun səs yazısı yayıldı
Nazirlik Mehdiyevlərin şirkətilə 288 min manatlıq müqavilə imzaladı
Qubada həll olunmayan yol problemi
Kəlbəcərdə yaralanan jurnalist məhkəmədə ifadə verdi
“Səhər 9-da xəstəxanada olsaq da, növbəmiz 1780-ci idi...
Kosmetoloq jurnalisti məhkəməyə verdi
Rusiya Azərbaycan diaspor rəhbərini niyə axtarışa verib?


14.03.2017  16:51 

“Ərim təşvişə düşdü, mənə elçi gəldi”





A+  A-

"Ömrün fəsilləri" verilişinin qonağı xalq artisti Rühəngiz Qasımova olub.
XəzərNews.az-ın məlumatına görə, bəstəkar bir vaxtlar idmanla ciddi məşğul olduğunu deyib:

"Yaxşı tullanırdım. Dedilər ki, bir az da qaldıraq. Qaldırdılar və onu da tullandım. Yenə qaldırdılar. Bu dəfə tullananda isə döşəyin üstünə dizi üstə çöküb arxaya yıxıldım. Belim sanki ikiyə bölündü. Şikəst də olmasam, indi havalar dəyişəndə sızlayır. İdmanı daha sonra buraxdım".

R.Qasımova şeirlərindən söz açıb:


"Şeirlərin çoxunu gecələr yazıram. Gecələr hamı yatandan sonra rahat işləyirəm. Hər hansı pyesi hazırlayanda bir-iki il düşünüb sonra yazıram. Sonra oturub onu bir həftəyə bitirirəm. Ən çətini əsərin adını düşünməkdir.

Bəstəkar ailəsindən də danışıb:

"2 övladım var. Artıq 52 ildir evliyəm. "Anacan, dostum evlənir" mahnısı ona yazılıb. Məni çox yaxşı başa düşür. Qapalı insandır. Mən tam əksiyəm. Hamı deyirdi ki, siz necə yaşayacaqsız, o sakitdir, sən yerində dura bilmirsən. Amma hamı gördü ki, alınır. Fikrət Qoca mənə kömək elədi. Şeiri yazdıq, mahnını hazırladıq. Sonra xasiyyəti dəyişdi, özünə güvəndi. Sonra biz bir dənə də mahnı yazdıq. "Gəlmirsən gəlmə" adlı mahnı idi. Onu da İlhamə Quliyeva oxudu. Sonra o, təşvişə düşdü, gəldi elçiliyə, nişan taxdıq. Nişandan sonra "Anacan, dostum evlənir" mahnısını yazdıq".

Xəbər 3758 dəfə oxunub.




31.07.2025  17:47 

Füzulidə ağır qəza baş verib

31.07.2025  15:58 

Sabiq prokuror vəfat etdi

31.07.2025  14:44 

Bu ərazilərdə işıq kəsiləcək

31.07.2025  14:33 

Qubada həll olunmayan yol problemi

31.07.2025  13:50 

İlham Əliyev sərəncam imzaladı

31.07.2025  12:17 

Sabah 41 dərəcə isti olacaq


BÜTÜN XƏBƏRLƏR +