Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


31.07.2025  12:13 

Qabil Məmmədov ölkəyə gətiriləcək, cəzasını çəkəcək





A+  A-

Qabil Məmmədov, Qurban Məmmədov, Tural Sadıqlı, Məhəmməd Mirzəli və Elşad Məmmədovun respublikaya gətirilməsi mütləq baş tutacaq. Birinci növbədə bu, beynəlxalq qanunlar çərçivəsində öz həllini tapacaq. Azərbaycan beynəlxalq hüquqa hörmətlə yanaşır, heç bir ölkənin cinayətkarları Azərbaycanda gizlədilmir. Ona görə də, vaxtilə ölkəmizdə cinayət törədən, bu gün gedib digər ölkələrə sığınanlar Azərbaycana təhvil veriləcəklər”.

Xəzərnews.az xəbər verir ki, bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib. O bildirib ki, həmin şəxslərin ölkəmizə gətirilməsi ilə bağlı Azərbaycanın tələbi beynəlxalq hüquqa söykənir:

“Məlumdur ki, Qabil Məmmədov, Qurban Məmmədov, Tural Sadıqlı, Məhəmməd Mirzəli və Elşad Məmmədov Baş Prokurorluğa çağırılıblar. Eyni zamanda ötən gün artıq Qabil Məmmədovla bağlı məhkəmə qərarı ictimaiyyətə açıqlandı - ona 16 il şifahi həbs cəzası verildi.

Heç kim hüquqdan qaça bilməz, cinayət törədib, gedib haradasa gizlənə bilməz. Onlar haqlı olaraq öz cəzalarını alacaqlar. Qabil Məmmədovun dələduzluq və digər cinayətləri təsdiqlənib, o, ölkəyə gətiriləcək və öz cəzasını da çəkəcək”.

Xəbər 459 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +