Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib?
TƏBİB sədrinin qardaşına yüksək vəzifə verildi
“Azeri Med“in “Naxçıvan fəthi“ davam edir
Ərdoğan Azərbaycan səfirini təltif etdi
Azərbaycanda orta aylıq əməkhaqqı artdı
Azərbaycan Rusiyaya nota verdi
Rusiya pilotsuz sistemlər qoşunları yaradır?
Jurnalist Şəmşad Ağa da həbs edildi
Cabir İmanov məhkəməyə verildi
Çörəyin çəkisi niyə azalıb?- VİDEO


14.03.2017  14:00 

Olland-Əliyev görüşü Qarabağ danışıqlarına nə vəd edir?





A+  A-

Martın 14-də Azərbaycan prezidenti İlham Əliyevin Fransaya rəsmi səfəri başlayır. Səfər çərçivəsində iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi təntənəli sürətdə qeyd olunacaq və iqtisadi sahədəki əməkdaşlıq diqqət mərkəzində olacaq.
Təbii ki, Fransua Olland və İlham Əliyev Dağlıq Qarabağ münaqişəsini diqqət mərkəzində saxlayacaq. Xüsusən, Sarkisyanın martın 8-də Parisə səfər etdiyini və münaqişə barədə diskussiya apardığını nəzərə alsaq, may ayında səlahiyyət müddəti başa çatan Ollandın Yelisey sarayını tərk etməzdən öncə, münaqişəni aktivləşdirməyə çalışdığını demək mümkündür.

Çox güman ki, tərəflər Dağlıq Qarabağ münaqişəsinin “Madrid prinsipləri”nin əsasında həll olunmasını müzakirə edəcəklər. Münaqişəsinin həlli üçün yeganə platforma və hər üç həmsədr ölkənin dəstəklədiyi Madrid prinspiləri 2008-ci ildən bu yana qədər Ermənistanın qeyri-konstruktiv mövqeyinə görə icra olunmayıb.

Sirr deyil ki, aprel döyüşlərində sarsıdıcı zərbə alan Ermənistan bu hadisədən keçən 1 ilə yaxın müddətdə danışıqları tamamilə sabotaj edib. Ötən ilin may və iyun ayında Vyana və Sankt-Peterbuqda keçirilən görüşlərdən sonra konstruktiv dialoqa hazır olduqları imitasiyasını yaradan Sarkisyan əlavə şərtlər , o cümlədən təmas xəttində baş verən insidentlərin araşdırılması üçün müxtəlif səpkili mexanizmlər təklif edib. Bununla danışıqların başlanmasına mane olmağa çalışan rəsmi Yerevan, proseslərin yenidən ölü nöqtəyə qayıtmasına çalışır. Çünki hazIrki status-kvo yalnız onların marağına xidmət edir.

Fransa prezidentinin Sarkisyanı danışıqlara dönməsi üçün təzyiqlər göstədiyini istisna etmək olmaz. Təsadüfi deyil ki, İlham Əliyevin Paris səfəri ilə paralel bu dəfə Sarkisyan Moskvada səfər edərək Putinlə görüşəcək. Prezidentlərin aktiv səfərləri yaxın vaxtlarda Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı yeniliyin olmasına ümid yaradır. Lakin bunun üçün ilk növbədə Ermənistanda 2 apreldə keçiriləcək seçkilərin nəticələrini gözləmək lazım gəlir.

İstər həmsədrlər. Istərsə də prezidentlər danışıqların uzandığını və status-kvonun qəbuledilməz olmasını yaxşı anlayır. Bu mənada İlham Əliyevin Parisdə aparacağı danışıqlar münaqişənin yenidən silahlı toqquşma səviyyəsinə çatmaması üçün önəmlidir. Paris də Ermənistanı konstruktiv dialoq yoluna qaytarmağın yeganə çıxış yolu olduğunu anlayır. Əks halda, ötən ilin aprelinin yenidən təkrarlanmayacağına heç kim təminat verə bilməz.

(modern.az)

Xəbər 6937 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

06.02.2025  17:37 

Famil Xəlilova hökm oxundu

06.02.2025  17:37 

Azərbaycan Rusiyaya nota verdi

06.02.2025  15:53 

Cabir İmanov məhkəməyə verildi


BÜTÜN XƏBƏRLƏR +