Dəm qazı daha bir can aldı
Küveyt əmiri hökumətin istefasını qəbul etdi
Millimiz Lixtenşteynə qalib gəldi
Bu ərəb dövlətində hökumət istefa verdi
Sabah külək güclənəcək, temperatur enəcək
“Publik hüquqi şəxslər dövlət üçün bir bəladır”
Mikayıl Cabbarov xəbərdarlıq etdi
Erməni jurnalistlər Bakıya gəlir
Doktoranturaya qəbul qaydaları dəyişdi
Ermənistan atəşkəsi 21 dəfə pozdu


02.04.2018  16:48 

Putinin Ankara səfəri Bakının xeyrinə ola bilər





A+  A-

Son illərin hadisələri göstərir ki, Yaxın Şərq regionunda yeni alyanslar, qarşılıqlı əməkdaşlıqlar yaranır. İndi gördüyümüz kimi, Türkiyə və Rusiya arasında güclənmiş qarşılıqlı əməkdaşlıq müşahidə olunur.
XəzərNews.az bildirir ki, keçmiş diplomat, politoloq Fikrət Sadıxov Putinin Ankara ziyarətini şərh edərək, fikirlərini Oxu.Az-la bölüşüb.

Onun sözlərinə görə, burada çoxlu sayda təmas nöqtələri var və əsasən, bu Qərbə münasibətə qarşı yönəldilib.

“Türkiyə son zamanlar Qərbin Ankaraya, Suriyaya qarşı siyasətinə, həmçinin kürd üsyançıları ilə mübarizəyə münasibətlərinə hədsiz dərəcədə neqativ yanaşır. Bu isə əlbəttə ki, onun Rusiya Federasiyası ilə daha da yaxınlaşmasına əsas verir”, - politoloq bildirib.

O qeyd edib ki, Putinin Ərdoğanla görüşündə, şübhəsiz ki, regiondakı siyasət – Yaxın Şərq mövzusu, Suriyadakı vəziyyət, terrorçuluqla mübarizə kimi məsələlər; Moskva və Ankara arasındakı qarşılıqlı münasibət artıq yeni mərhələyə çatıb, müxtəlif iqtisadi layihələr və əlbəttə ki, ümumilikdə geosiyasi atmosfer müzakirə olunacaq.

“Bu iki dövlətin liderlərinin Ermənistan-Azərbaycan konflikti ilə bağlı məsələni də müzakirə etmələri istisna edilmir”, - Sadıxov vurğulayıb.

Ekspert əmindir ki, Türkiyə ilə Rusiyanın məhz bu yaxınlığı Qarabağ münaqişəsinin həllinə təkan verə bilər.

“Putinin Türkiyəyə səfəri və bu ölkənin rəhbərliyi ilə görüşləri ümumilikdə, rəsmi Bakı üçün kifayət qədər müsbət amildir”, - deyərək politoloq fikrini yekunlaşdırıb.

Bundan əvvəl qeyd olunduğu kimi, Rusiya prezidenti Vladimir Putin 3-4 aprel tarixlərində Türkiyəyə rəsmi səfər edəcək.

Ankarada Rusiya lideri energetika sahəsində strateji layihələri, həmçinin Suriya da daxil olmaqla, beynəlxalq mövzuları müzakirə edəcək.

Xəbər 3231 dəfə oxunub.




14.11.2019  21:19 

Dəm qazı daha bir can aldı

14.11.2019  20:03 

Millimiz Lixtenşteynə qalib gəldi

14.11.2019  14:12 

İki “07” toqquşdu, ata öldü

14.11.2019  13:53 

Erməni jurnalistlər Bakıya gəlir


BÜTÜN XƏBƏRLƏR +