Ermənilər iriçaplı pulemyotlardan istifadə edir
“İranda aksiya liderləri edam olunacaqlar”
Oqtay Gülalıyev başqa xəstəxanaya köçürüldü
Əli Əsədov İbrahim Məmmədova vəzifə verdi
Hava 3 gün narahatlıq yaradacaq
ABŞ üç ölkəyə qarşı sanksiya tətbiq etdi
Atəşkəs snayperlərlə pozulub
Bu gün Beynəlxalq Kişilər Günüdür
Tbilisidə polis aksiyanı dağıtmağa başladı
20 il torpaqla qidalanan insan - VİDEO


13.03.2017  18:51 

İki od arasında – Postsovet ölkələri Rusiya və Qərbin hədəfində





A+  A-

Sosializm sisteminin çökməsi XX əsrin ən kəskin geosiyasi sarsıntılarından biri idi. Şərqi Avropa, Baltikyanı, Qafqaz və Mərkəzi Asiya respublikalarının müstəqillik qazandığı şəraitdə Moskva keçmiş “quberniya”larında nüfuzunu qoruyub saxlamağa çalışırdı. Lakin Avropa Birliyi və ABŞ bölgəyə nüfuz edərək Moskvanın təsirini zəiflətməyə çalışırdı.
Sovet İttifaqının dağılmasından ötən 26 ilə nəzər saldıqda, Qərb-Rusiya qarşıdurmasında Moskvanın sarsıdıcı məğlubiyyətlərə uğradığını görmək olar. Baltikyanı ölkələrin (Latviya, Litva, Estoniya) və Şərqi Avropa respublikalarının (Bolqarıstan, Rumıniya, Çexiya, Polşa, Slovakiya, Xorvatiya, Sloveniya, Albaniya və ) NATO və Avropa Birliyinə üzv olmasından gedir. Hazırda Gürcüstan və Ukrayna da xarici siyasətdə Qərblə inteqrasiyasını əsas tutub.

MDB məkanındakı bütün ölkələrin milli dövlətlərini qura bildiklərini konstatasiya edə bilərik. Bundan başqa, dünyadakı tendensiya da regionalizasiya və inteqrasiya proseslərini sürətləndiyi məqamda MDB ölkələrinin də təhlükəsizlik və iqtisadi sahədə hər hansı birliyə qoşulmağa məcbur olduğunu da deyə bilərik.

Postsovet respublikaları hərbi sahədə NATO və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı, iqtisadi sferada isə Avropa Birliyi yaxud Avrasiya İttifaqına qoşulmaqla bağlı müəyyən seçim qarşısında dururlar. Aydındır ki, həm Qərb, həm də Rusiya öz rəhbərlik etdikləri təşkilatlara üzvlüklə bağlı müəyyən təzyiq metodlarından və hətta açıq şantajdanm istifadə edirlər. Ermənistanın Avropa Birliyi ilə assosiativ üzvlük müqaviləsini imzalamaqdan son anda imtina edərək Avrasiya İttifaqına tələsik üzv olması, analoji addımın sonradan Moldova tərəfindən atılması Kremlin təzyiqlərinin nəticəsi idi.

Amma məsələyə digər rakurs altında baxdıqda Rusiyanın həm siyasi, həm də iqtisadi baxımdan postosovet ölkələrinə daha yaxın olduğnu görə bilərik. Belə ki, bu ölkələrdə istehsal olunan məhsullar demək olar ki, Avropa standartlarına uyğun gəlmir və həmin bazarda alıcısını tapa bilməyəcək. Həmin standartlara cavab vermək üçün isə istehsalı tamamilə dəyişmək tələb olunur. Rusiya isə böyük həvəslə postovet məhsullarını idxal edir.

Digər tərəfdən, tarixi qonşuluq və əsrlərlə eyni dövlətdə yaşamaq təcrübəsi postsovet ölkələrini Rusiya ilə yaxınlaşdırır.

Hərbi mənada isə, Ukrayna və Gürcüstana rus qoşunlarının yeridilməsi zamanı NATO-nun baş verənləri kənardan müşahidə etməsi bir daha göstərdi ki, kiçik regional ölkələr namizəd Qərb Rusiya ilə baş-başa gəlməyə özünü hazır bilmir.

Bütün bu faktorları nəzərdə aldıqda, yaxın onliliklər boyu postsovet ölkələrinin siyasi orientasiyasını müəyyən etmək üçün Qərblə Rusiyanın arasında seçim etməli olacağını söyləmək olar. Hazırki situasiyada tərəflərdən birinin seçimi digər tərəflə konfrantasiya yaşamaq demək olduğu üçün balanslaşdırlımış siyasət ən məqsədəuyğun sayıla bilər.

(modern.az)

Xəbər 4784 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

20.11.2019  09:26 

Hitlerin evi polis bölməsi olacaq

20.11.2019  09:14 

“10 illiyin qadını” seçildi

20.11.2019  08:41 

Qarakənd faciəsindən 28 il ötür

19.11.2019  20:18 

Millimiz Qazaxıstana da uduzdu

19.11.2019  13:25 

Hava 3 gün narahatlıq yaradacaq

19.11.2019  12:10 

Bu qəsəbədə su olmayacaq


BÜTÜN XƏBƏRLƏR +