09.02.2017 11:11
Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri cənab Əli Həsənovun sədrliyi ilə “Dövlətqaçqınkom” əməkdaşlarının iştirakı ilə geniş müşavirə keçirilib.
XəzərNews.az xəbər verir ki, müşavirədə Azərbaycan Prezidentinin 2017-ci il 23 yanvar tarixli “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Fərmanından və “İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında” 2017-ci il 24 yanvar tarixli sərəncamından irəli gələn vəzifələrin hal-hazırda icra vəziyyəti haqqında ətraflı fikir mübadiləsi aparılıb.
Baş nazirin müavini bildirib ki, Prezidentin məcburi köçkünlərə bu cür yüksək diqqət və qayğısına cavab olaraq bu sahəyə nəzarət gücləndirilməli, mövcud qaydalara uyğun olaraq nəzərdə tutulan işlər yüksək səviyyədə icra edilməli, bu istiqamətdə heç bir neqativ hala yol verilməməsi üçün bütün imkanlar qarşıya qoyulan vəzifələrin icrasına yönəldilməlidir.
Eyni zamanda diqqətə çatdırılıb ki, məcburi köçkünlərin sıx məskunlaşma obyektlərində sayğacların quraşdırılması prosesi tezliklə təmin edilməlidir.
Müşavirədə göstəriş verilib ki, Komitənin bütün işçiləri tərtib edilmiş bölgü qrafikinə uyğun olaraq Bakı şəhərinin 11 rayonunda hər gün günün birinci yarısında sayğaclar qoyulan obyektlərdə yerli icra hakimiyyətləri və işğal olunmuş rayonların icra hakimiyyətlərinin işçiləri ilə birlikdə olmalı, izahat işləri aparmalı və məcburi köçkünlərin suallarına aydınlıq gətirilməlidir. Əli Həsənov həmçinin bildirib ki, o və müavinləri də həmin ərazilərdə olacaqlar.
İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası və Bakının Xəzər rayonu ərazisindəki “Energetik” pansionatının binasında və Xətai rayonunun Gəncə prospekti 20A ünvanında yerləşən, tikintisi yarımçıq qalmış doqquzmərtəbəli, hər an uçma təhlükəsi olan binada məskunlaşan ailələrin köçürülməsi ilə bağlı məsələlərə toxunan Əli Həsənov deyib ki, artıq müvafiq layihələndirmə işlərinə başlanılıbdır.
Sonda Baş nazirin müavini Əli Həsənov bu Fərman və sərəncamdan irəli gələn məsələlərin yüksək keyfiyyətlə icra edilməsi üçün aidiyyəti şöbələrə xüsusi müvafiq tapşırıqlar verib.
|
25.04.2024 19:46
İlham Əliyev Sadır Japarova Qarabağ atı hədiyyə etdi - FOTOLAR
25.04.2024 11:51
25.04.2024 10:06
25.04.2024 09:51
24.04.2024 17:24
“Bölgə erməni hərbi qüvvələrindən təmizlənəcək“ - Millət vəkili
24.04.2024 12:19
24.04.2024 11:49
Diaspora siyasətindən razı deyilik... – MCP-nin Başqan müavini
24.04.2024 10:02
24.04.2024 09:34
23.04.2024 18:58
23.04.2024 18:49
23.04.2024 16:46
Ermənilər hər il kilsədə “timsah göz yaşları” tökür - Niderlanddakı diaspor rəhbəri
23.04.2024 14:23
23.04.2024 09:48
Azərbaycanlı milyonçunun irsi məhv edilir - Tarixi bina restorana çevrilib... - VİDEO
23.04.2024 08:21
22.04.2024 22:07
22.04.2024 15:34
22.04.2024 15:02
22.04.2024 12:46
22.04.2024 12:42
Ermənilər öz mövqelərinə hücum etdi - Tavuşda gərgin anlar - VİDEO
22.04.2024 10:17
Bu gün diasporalar arasında müharibə gedir... - Diaspora rəhbəri
22.04.2024 09:50
22.04.2024 09:35
22.04.2024 09:19
22.04.2024 08:26
21.04.2024 17:30
21.04.2024 14:13
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
21.04.2024 11:09
20.04.2024 18:33
Təmirə bağlanacaq Bakı dairəvi yolunun bir hissəsində işlər nə vaxt yekunlaşacaq? -VİDEO
20.04.2024 17:25