Ərə verilən 14 yaşlı qız danışdı - Açıqlama
Mahmud Şərifov saxlanılıb - Dələduzluğa görə...
Rüfət Hacıyevin ən bahalı əmlakları özünə qaytarıldı - Siyahı
Rəşad Dağlı amnistiyaya düşəcək?
Naxçıvanda 85 nəfər məsuliyyətə cəlb edilib
SOCAR-ın maliyyə hesabatındakı bəzi qeydlər niyə yığışdırlıb?
Təsadüfün qazandırdığı yarım milyon dollar
Cəmil Həsənli yenə DTX-ya çağırılıb
Bu halda: 66 nəfər həlak olub, 84 nəfər xəsarət alıb
Bu vərəsələrə müavinət ödəniləcək


16.12.2025  11:02 

Abşeron xəstəxanasında arzuolunmaz hallara dair bildiriş sistemi təkmilləşdiriləcək





A+  A-

Abşeron Rayon Mərkəzi Xəstəxanasında “Arzuolunmaz halların bildiriş sisteminin tətbiqi və təkmilləşdirilməsi” layihəsi ilə bağlı məlumatlandırma tədbiri keçirilib.

Xəstəxananın Keyfiyyətə nəzarətin idarə olunması üzrə məsul şəxsi Könül Sadıqova mövzu ilə bağlı geniş məruzə ilə çıxış edib, sualları cavablandırıb. O, bildiriş sisteminin məqsədi, işləmə prinsipləri, mövcud mərhələlər və bu sahədə beynəlxalq təcrübənin tətbiqi barədə ətraflı məlumat verib.

K.Sadıqova vurğulayıb ki, arzuolunmaz halların düzgün qeydiyyatı və təhlili səhiyyə müəssisələrinin keyfiyyət göstəricilərinin yüksəldilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Çıxışlarda arzuolunmaz halların bildirilməsi sisteminin tibb müəssisələrində təhlükəsizliyin təmin olunmasında və risklərin azaldılmasında mühüm rol oynadığı qeyd olunub. Həmçinin müzakirələr zamanı sistemin daha səmərəli tətbiqi üçün görüləcək növbəti addımlar barədə fikir mübadiləsi aparılıb.

Daha sonra qonaqlar xəstəxananın müxtəlif şöbələrinə baxış keçiriblər. Şöbələrdə yaradılan şərait, istifadə olunan müasir tibbi avadanlıqlar və pasiyentlərin rahatlığı üçün görülmüş işlər barədə ətraflı məlumat verilib.










Xəbər 570 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +