TRIPP üzrə razılaşmaların icrasına başlanılıb
Azərbaycan Gürcüstandan niyə geri qalır?
Bu iş üçün 100 min manat ayırmışıq? - Nazir
Axtarışda olan şəxs Azərbaycana gətirildi
Bakıda taksidən meyit tapıldı
Vətəndaşları aldadan şəxslər saxlanıldı -VİDEO
Daha bir azərbaycanlı müharibədə həlak oldu -FOTO
Prezident fərman imzaladı
Gürcüstan xaricdə səsverməni qadağan edəcək
Ukrayna sülh, Rusiya isə müharibə istəyir- Makron


17.11.2025  10:33 

DSX-nın baş çavuşu bu xəstəliyə görə vəfat edib





A+  A-

Dövlət Sərhəd Xidmətinin (DSX) baş çavuşu Pərviz Məmmədzadənin ölüm səbəbinin koronavirus olduğu ekspertiza rəyi ilə müəyyən edilib. Onun xidmətdə olarkən vəfatı ilə bağlı başlanmış cinayət işində yeni detallar üzə çıxıb.

XəzərNews.az xəbər verir ki, hadisə üzrə aparılan istintaq nəticəsində 1995-ci il təvəllüdlü Pərviz Məmmədzadənin komandiri-baş leytenant cinayət məsuliyyətinə cəlb edilib.

İstintaq materiallarında qeyd olunur ki, baş çavuş bir neçə gün ərzində hərbi hissədə qızdırma, öskürək və digər respirator simptomlardan əziyyət çəkib. Lakin komandir onun xəstəliyini kifayət qədər ciddi qiymətləndirməyib və tibb məntəqəsinə göndərilməsini təmin etməyib. Əksinə, yalnız qaynar su ilə qəbul edilən toz dərman vasitəsi verilməklə xidmətdə qalması tapşırılıb.

Xəstəlik isə inkişaf edərək kəskin tənəffüs çatışmazlığına səbəb olub və Pərviz Məmmədzadə dünyasını dəyişib.

Gəncə Hərbi Məhkəməsi ilkin mərhələdə komandir barəsində bəraət hökmü çıxarıb. Məhkəmə belə nəticəyə gəlib ki, baş leytenantın ölümə səbəb ola biləcək səviyyədə xəstəliyi bilməsi sübut edilməyib.

Lakin dövlət ittihamçısı qərardan narazı qalaraq apellyasiya şikayəti verib. Prokuror məhkəməyə təqdim edib ki, komandir baş çavuşun xəstə olduğunu bilib və ona dərman verməsi də bunu təsdiqləyir. Eyni zamanda hadisə üzrə digər hərbçilər də Pərviz Məmmədzadənin səhhətində problemlər olduğunu ifadələrində qeyd ediblər.

Gəncə Apellyasiya Məhkəməsi ittiham tərəfinin arqumentlərini əsaslı hesab edərək komandiri Cinayət Məcəlləsinin 342.2-ci maddəsi ilə təqsirli bilərək 3 il azadlıqdan məhrum etmə cəzasına məhkum edib. Cinayət Məcəlləsinin 70-ci (şərti) maddəsi tətbiq olunmaqla cəza 2 il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilib.

Cinayət işində mərhum baş çavuşun atası Baba Məmmədzadənin ifadəsi də yer alıb. O, komandirdən şikayətçi olmadığını, lakin oğlunun başqa şəxslər tərəfindən öldürüldüyünü iddia edib.

Ata həmçinin qeyd edib ki, oğlu ölümündən bir neçə gün əvvəl zəng edərək hospitala yerləşdiriləcəyini deyib:

“Bizə xəstələndiyini demədi. Yıxıldığını, qolunun qırıldığını və buna görə hospitala gedəcəyini söylədi. Səsində burun tutulması hiss edirdim. Amma xəstə olmadığını dedi. Bizi narahat etmək istəməyib. Sonradan öyrəndik ki, qolu da qırılmayıbmış”.//Teleqraf

Xəbər 690 dəfə oxunub.




17.11.2025  17:36 

Bakıda taksidən meyit tapıldı

17.11.2025  17:25 

Prezident fərman imzaladı

17.11.2025  16:41 

Əhməd Oruc insult keçirib


BÜTÜN XƏBƏRLƏR +