Bəzi qanunların dili olduqca çətindir - Sabir Rüstəmxanlı
Mehdiyev-Kərimli birliyi: Gizli əlaqələr, birgə “layihə“lər...
Büdcəyə gömrük daxilolmaları niyə azalıb?
Kimlərə 8 min manat müavinət veriləcək?
Tibbi Sığorta ilə dərmanları necə alacağıq?
Prezident Əliyev Əraqçı ilə nədən danışıb?.. - QƏBUL
Şüeyb Bəhmən yenə cəfəng iddialar səsləndirib
Pirəkəşkül və Ağdərədə partlayış olacaq - Rəsmi
Əraqçi Prezident İlham Əliyevlə görüşüb
Əbülfəs Qarayevin qızı məhkəməyə verilir


17.11.2025  17:36 

Bakıda taksidən meyit tapıldı





A+  A-

Bakıda avtomobildən kişi meyiti tapılıb.

XəzərNews.az Bakupost.az-a istinadla xəbər verir ki, cəsəd Tiflis prospekti, 2 ünvanında - "Araz" marketin qarşısında dayanmış avtomobillərdən birinin içərisində aşkarlanıb.

Ərazidə yaşayan sakinlərin sözlərinə görə, vəfat edən şəxs “Yango” taksi xidmətində çalışan sürücü olub və istifadə etdiyi avtomobili arendaya götürüb. Mərhumun 2 gün əvvəl - ayın 15-də dünyasını dəyişdiyi ehtimal olunur.

Məlumata görə, avtomobilin sahibi nəqliyyat vasitəsinin itməsi ilə bağlı axtarışa başlayıb və cəsəd də elə bu zaman aşkar edilib. İlkin ehtimallara əsasən, hadisəyə sürücünün avtomobilin isitmə sistemini işə salaraq içəridə yatması səbəb olub.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Xəbər 1205 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +