Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?


12.03.2024  10:18 

Azərbaycan-Ermənistan danışıqları: Qazaxıstan əsas oyunçu kimi önə çıxır?





A+  A-

“Qazaxıstanın yekun sülh sazişinin imzalanmasında əsas vasitəçi kimi iştirakı çətin görünür. Ona görə yox ki, bu ölkənin belə bir potensialı yoxdur. Əksinə, Qazaxıstan Qarabağ münaqişəsinin mövcud olduğu dövrlərdə danışıqların aparıldığı platforma olaraq istifadə edilib, həm təcrübəsi, həm də hər iki ölkə ilə münasibətləri barışdırıcı rol oynamağa imkan verir”.

Xəzərnews.az xəbər verir ki, bu barədə Bakıvaxtı.az-a siyasi şərhçi Asif Nərimanlı Qazaxıstanın Bakı-İrəvan danışıqlarında bir platforma rolunu oynayıb-oynamaması barədə danışarkən bildirib.

Bununla yanaşı, A.Nərimanlı qeyd edib ki, Azərbaycan-Ermənistan danışıqlarında Qazaxıstanın əsas oyunçu kimi önə çıxmasına Rusiya və Qərb imkan verməz:

“Çünki hər iki tərəf bu prosesdən maraqlarının təmin edilməsi üçün istifadə edir. Xüsusilə Rusiya bu məsələdə maraqlı tərəf olmayacaq. Moskva Mərkəzi Asiyanı öz təsir zonası hesab edir və bu bölgədəki ölkələrdən birinin onun maraq dairəsinə açıq müdaxiləsini qəbul etməyəcək. Amma Qazaxıstan Bakı-İrəvan danışıqlarında neytral platforma kimi fərqli rol oynaya bilər”.

Ekspert diqqətə çatdırıb ki, danışıqların Qərb platformasında keçirilməsində Ermənistan xüsusilə maraqlıdır, çünki buradakı gündəlik onun istəkləri ilə uzlaşır:

“Fransanın timsalında dəstəkçisi var, hətta rəsmi Paris görüşlərdə iştirak etməsə belə, İrəvanın lobbiçiliyini aparır. Buna görə Azərbaycan bu platformada maraqlı deyil. Rusiya masasında danışıqlara isə Ermənistan gəlmir, çünki buradakı gündəlik, xüsusilə kommunikasiyanın açılması məsələsi onun istəyinə uyğun deyil”.




Asif Nərimanlı: Danışıqların Qərb platformasında keçirilməsində Ermənistan maraqlıdır, çünki…


Müsahibimizə görə, bu halda iki çıxış yolu qalır:

“Birincisi, ikitərəfli formatdır. Rəsmi Bakı bu formatın üzərində dayanır, lakin İrəvan sərhəd komissiyalarının görüşünə razı olsa da, sülh danışıqlarının bu formatda aparılmasına qarşıdır. Bakının qarşısında zəif bənd olan İrəvan danışıqları “hamisiz” keçirmək istəmir.

İkincisi, neytral olan və sülh danışıqlarında öz maraqlarını güdməyən üçüncü ölkələrin platforma kimi seçilməsidir. Bu platformalardan biri Gürcüstandır, digəri Qazaxıstan ola bilər. Qazaxıstanın imkanları Gürcüstandan daha çoxdur. Həm təcrübəsi var, həm də Rusiya və Qərb bu platformaya loyal yanaşa bilər. Çünki Qazaxıstan Rusiyanın müttəfiqidir, eyni zamanda, Qərblə açıq münasibətlər qurur”.

Xəbər 192 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib

30.04.2024  13:58 

Sabahın havası açıqlanıb

29.04.2024  15:24 

Tanınmış jurnalist vəfat edib

29.04.2024  08:20 

Bu yollarda tıxac var -SİYAHI


BÜTÜN XƏBƏRLƏR +