Məmurlar diaspora nazirlik kimi baxır - Emil Mirzəyev
İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...


14.11.2018  16:58 

“İkinci və üçüncü uşağa görə məbləğ artırılmalıdır”





A+  A-

“Uşağın anadan olmasına görə birdəfəlik müavinət müavinət 2018-ci ilin səviyyəsindədir, bu, bizi qətiyyən razı sala bilməz, çünki real tələbat o müavinətdən ən azı 10 dəfə çoxdur. Təklif edərdim ki, 2-ci, 3-cü və sonrakı doğuşa görə müavinətlər proqressiv şəkildə ödənilsin, yəni, 1-ci uşağa görə müavinət 100 manatdırsa, 2-ci uşağa görə 200, 3-cü uşağa görə 300 və s. olsun”.
XəzərNews.az xəbər verir ki, bunu deputat Elmira Axundova “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2019-cu ilin büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində deyib. O bildirib ki, statistikaya görə respublikada doğum əvvəlki illərə nisbətən aşağı səviyyəyə düşüb və gənc ailələri stimullaşdırmaq lazımdır.

Həmçinin deputat I qrup əlilə ailə üzvlərindən biləvasitə qulluq edən insanlara həm əmək stajı hesablanmasını, həm də onlar müəyyən məbləğdə, heç olmasa, yaşayış minimumu həddində məvacib almalarını təklif edib: “Çünki məlumdur ki, belə insanlar yalnız xəstənin qeydinə qalmalı olduğundan başqa işlə məşğul ola bilmirlər. Əlil dünyasını dəyişəndə isə ona uzun illər fədakarcasına qulluq edən yoldaşı, bacısı ya anası maddi dəstəkdən tamamilə məhrum olurlar, yeni iş axtarmaq, işə çıxmaq çoxu üçün artıq gec olur”.

Deputat Vahid Əhmədov isə mövzu ilə bağlı çıxışında qeyd edib ki, sözügedən quruma təzə nazir gəlib, müəyyən işlər görülüb, amma bu azdır: “Nazirlikdə ciddi islahatlara ehtiyac var. Biz 2018- ci il sığortaedənlərlə bağlı 30 və 60 faiz civarında güzəşt etmişdik. Sığortaedənlərin 371 milyon debitor borcu var idi. Bu müddət ərzində onun cəmi 65 milyonu ödənilib. Nazir yaxşı olardı ki, dövlət büdcəsindən transfert tələb etməkdənsə, debitor borcunun tam ödənilməsini həyata keçirəydi”.

V. Əhmədov sonra pensiya yaşının qaldırılması məsələsinin nəticələrini tənqid edib: “Biz pensiya yaşını çoxaltdıq. Qadınları da gətirib kişilərlə eyniləşdirdik. Amma bu, nəyə gətirib çıxardı, büdcəyə nə xeyir vardı? Mən heç cür başa düşmürəm ki, qadınları niyə 65 yaşında pensiyaya çıxardıq? Dünyada əksinə, bir işləyənə, bir pensiyaçı düşür. Amma pensiya yaşını artırmaqla nə qazandıq ki?!

Nazirdən həmçinin xahişim odur ki, həkim tibbi ekspertizanı ciddi nəzarətə götürsün. Əlillik dərəcəsinin verilməsi ilə bağlı hər gün bizə şikayətlər gəlir. Kefləri necə istəyirsə, elə də əlillik dərəcəsi verirlər”.

Xəbər 1123 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib

12.05.2024  19:19 

Meksikada zəlzələ baş verib

12.05.2024  17:59 

Tovuza dolu düşüb

11.05.2024  17:01 

Sabahın havası açıqlandı


BÜTÜN XƏBƏRLƏR +