Azərbaycanlı Azərbaycana səfir təyin olundu
Səfərov qardaşları ilə vida mərasimi keçirilib
Pezeşkian Xankəndinə gəlir
Bu gündən çoxuşaqlı ailələrə 140 manat ödəniləcək
DTX dövlətə xəyanət edən adamı həbs etdi
Peter Mixalko azərbaycanlıları dəstəklədi
Səfirimiz Rusiya XİN-ə çağırıldı
Bəylər Eyyubovun yerinə Fərid Əsgərov təyin olundu
Bəylər Eyyubov vəzifədən azad edilib
Ərdoğan Azərbaycana səfər edəcək


14.05.2024  11:24 

Məmurlar diaspora nazirlik kimi baxır - Emil Mirzəyev





A+  A-

“Diaspor olaraq əsas məqsədimiz ondan ibarətdir ki, biz və övladlarımız həmişə azərbaycanlı olduğumuz üçün fəxr edək. Təbii ki, bunun üçün də birlik olmalıdır, bunu biz- xaricdə yaşayan azərbaycanlılar etməlidir”.

Xəzərnews.az Diaspora.TV-yə istinadla xəbər verir ki, bu fikirləri İtaliyanın Roma şəhərində keçirilən Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun (DABF) 4-cü Forumunda çıxışı zamanı İsveç Azərbaycanlıları Konqresinin sədri, DABF-nin həmtəsisçisi Emil Mirzəyev deyib.

Onun sözlərinə görə, sevindirici haldır ki, hazırda İsveçdə yaşayan gənclərimiz arasında hüquq-mühafizə orqanlarında, hökumət idarələrində fəaliyyət göstərənlər çoxdur:

“Mən İsveçdə yaşayıram. Ona görə də öz təcrübəmdən çıxış edə bilərəm. Biz çalışırıq ki, İsveçdə yaşayan gənclərimiz istər iş yerlərində, istərsə də universitetlərdə azərbaycanlı olduqlarını deməkdən çəkinməsinlər. Biz diaspor təşkilatları arasında fərq qoymuruq. Bəzi layihələr var ki, orada iştirak etmək istəyirik, amma buna zamanımız yoxdur”.

E.Mirzəyev vurğulayıb ki, Azərbaycanda bəzi məmurlar diaspora nazirlik kimi, onun nümayəndələrinə isə işçi kimi baxır:

“Təbii ki, belə olmamalıdır. Şəxsən mən belə yanaşmanı qəbul etmirəm. Biz məmurlar üçün deyil, vətənimiz Azərbaycan üçün çalışır, Prezidentimizin diaspor siyasətini, onun tövsiyələrini qüsursuz həyata keçiririk. Hər bir diaspor rəhbəri ilə dil tapmaq lazımdır, lakin bəziləri bunu istəmir”.


Xəbər 6433 dəfə oxunub.




01.07.2025  11:27 

Pezeşkian Xankəndinə gəlir

30.06.2025  12:42 

Sabah hava necə olacaq?


BÜTÜN XƏBƏRLƏR +