Məmurlar diaspora nazirlik kimi baxır - Emil Mirzəyev
İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...


11.05.2018  11:45 

“Müslümovun həbsi, həm də siyasi qərar olacaq”





A+  A-

İqtisadçı ekspert Natiq Cəfərli sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun dövründə qurumda baş verən yeyinti halları ilə bağlı mətbuatda yayılmış məlumatlara münasibət bildirib.
XəzərNews.az-ın məlumatına görə, ekspert “Qafqazinfo”ya açıqlamasında qeyd edib ki, yeyintilərlə bağlı hələ ki, rəsmi açıqlamalar olmayıb: “Hesablama Palatasının açıqlamasında göstərilən rəqəm isə böyük deyil. Amma mətbuatda 100 milyonlar, 2 milyardlarla yeyintidən söhbət gedir. Ancaq bu rəqəmlər rəsmi qurumlar tərəfindən təsdiqini tapmayıb.

Ümumiyyətlə isə, hər hansı dövlət və hökumət orqanında yeyintilərin olması artıq təəssüf doğurmur. Yeyinti olmaması təəccüb doğurar. Əgər köklü yoxlamalar olsa, çox böyük ehtimalla, nazirlikdə son illər ərzində kifayət qədər yeyintilərin olduğu, qiymətlərin yüksəldildiyi aşkara çıxar. Çünki ən çox korrupsiya halları o zaman baş verir ki, nazirliklərə, hər hansı dövlət qurumuna müəyyən iş görmək lazım olsun. Onlar qurum üçün nəsə alırlar və ya yaxud təmir-tikinti işləri görürlər. Onun qiymətləri bəzən iki-üç dəfə şişirdilir. Büdcədən alınan pulun çox az bir hissəsi işə ödənilir, qalan hissə isə rəsmilər tərəfindən mənimsənilir. Çox güman ki belə faktların olması ehtimalı var”.

Səlim Müslümovun həbs edilməsinə gəlincə isə, N. Cəfərli deyib ki, cinayət işinin açılması tək hüquqi yox, həm də siyasi qərar olacaq: “Əgər doğrudan da ciddi problemlərin olduğuna yol açan bir addım atılıbsa, çox güman ki, həbs və hüquqi məsuliyyətə cəlb edilmə ilə bağlı qərarlar verilə bilər. Bunu biz Azərbaycanın yaxın keçmişində də gördük. Belə ki, nazirlər və yüksək vəzifəli şəxslər həbs olunub. Bunların hamısı təbii ki, yoxlamaların nəticəsindən, verilmiş siyasi qərarlardan asılı olacaq”.

Sözügedən nazirlikdə yeyinti faktlarının həm də mənəvi məsələ olduğuna diqqət çəkən iqtisadçı bildirib ki, hər ailədən heç olmasa bir nəfər bu nazirliklə təmas edir: “Bu da ya təqaüdçü, ya da sosial müdafiə qrupunda olan şəxslər fonunda baş verir. Yəni, əhali ilə çox sıx təmasda olan nazirlikdir. Orada baş verən yeyintilər birbaşa az təminatlı təbəqənin payının yeyilməsidir. Bu, çox ciddi psixoloji, mənəvi, hüquqi məsələdir”.


Xəbər 1805 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

14.05.2024  21:58 

Sabah bu rayonda qaz olmiyacaq

13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib


BÜTÜN XƏBƏRLƏR +