“Oliqarx Baku” – Müştəri sağlamlığı üçün açıq risk məkanı
İntim videolar çəkən FHN polkovniki azadlıq üçün darıxır
Məktəblərdə pul yığılması halları var - Nazirdən etiraf
Prezidentlər ABŞ-də xatirə fotosu çəkdirdi
Rusiyada azərbaycanlı iş adamının başı dərddə
Adnan Əhmədzadənin aktivləri Yusif Məmmədova keçdi
Məktəblərdə müəllimlər günü adı altında şıdırğı pul yığımı - Video
Hakimlər sədrə məruzə etmədən qərar qəbul edə bilmir - Abbasov
FHN-dən hava şəraiti ilə əlaqədar... - Xəbərdarlıq
Sahibkarlar etiraza qalxdı... - Monopoliya yaradılır?


16.04.2018  18:34 

“Papaq söhbətidir, namus məsələsidir” — Məhkəmə işi





A+  A-

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində məscidin həyətində tanışını bıçaqlamaqda təqsirləndirilən 1957-ci il təvəllüdlü Faiq Davudovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
XəzərNews.az-ın xəbərinə görə, hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktı elan edib.

İttiham aktına əsasən, F.Davudov həyat yoldaşı 1953-cü il təvəllüdlü Fəridə Davudovanın tanışı, 1994-cü il təvəllüdlü Kamran Məmmədovla sevgili olmasından şübhələnib. O, Bülbülə qəsəbəsində yerləşən Cümə məscidinin həyətində K.Məmmədovu kürəyindən bıçaqlayıb.

Ekspertin rəyinə görə F.Davudov hadisəni törədən zaman anlaqsız vəziyyətdə olub.

Elan olunmuş ittiham üzrə F.Davudov özünü təqsirli bildiyini deyib:
"Kamranı vurmuşam, cinayətlə məşğul idi. Papaq söhbətidir, namus məsələsidir".

Daha sonra onun həyat yoldaşı F.Davudova ifadəsində qeyd edib ki, K.Məmmədovla arasında hər hansı münasibət olmayıb.
K.Məmmədov dindirilən zaman söyləyib ki, internatda böyüyüb və hadisə baş verən məsciddə xidmətçi işləyib: "Faiqi oğlu Salehə görə bağışlayıram. O, mənə çörək verib."

F.Davudovun oğlu, məscidin axundu Saleh Davudov ifadəsində bildirib ki, hadisəni görməsə də, sonradan kameradan video-görüntülərə baxıb.
Hakim bildirib ki, F.Davudov axırıncı dəfə 10 il əvvəl xəstəxana şəraitində müalicə olunub. Həmin zaman ekspert onun cəmiyyət üçün təhlükəli olması barədə rəy verib.

Şahidlər ifadə verdikdən sonra istintaq tamamlanıb.

Məhkəmə kollegiyasının hökmü ilə F.Davudovun psixoloji müalicə alması üçün 1 saylı Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilməsi barədə qərar verilib.

Xəbər 2945 dəfə oxunub.




27.09.2025  00:00 

Azərbaycanda Anım Günüdür

26.09.2025  15:23 

Marqarita Simonyanın əri öldü

26.09.2025  15:18 

Bakıda torpaq 20 faiz bahalaşdı


BÜTÜN XƏBƏRLƏR +