Ukrayna təhlükəsizlik təminatlarını müzakirə edir - Sibiqa
“Ad günün mübarək!” - Ailə fotolarını paylaşdı
Boksçu gənclərin maaşını mənimsəyirlər?
İmzalanan sənədlər xüsusi əhəmiyyət kəsb edir - Baş nazir
Azərbaycan regionda söz sahiblərindən birinə çevrilib - Nazir
Polis yeraltı kazinolar şəbəkəsini aşkarladı
Məcnun Məmmədova ağır ittihamlar
Tofiq Xanəliyev barəsində cinayət işi başlanıb
Sabah Bakıda külək olacaq, yağış yağacaq
Netanyahu xəstəxananın vurulmasını “faciəli hadisə” adlandırıb


01.05.2018  09:24 

Azərbaycan alimlərindən YENİLİK





A+  A-

Azərbaycan alimləri “Hidroqaz” adlı dəniz suyundan yanacağın alınması texnologiyasını təkminləşdirib.
XəzərNews.az xəbər verir ki, bu barədə Trend-ə layihənin təşəbbüskarlarından biri Mürvət Qəribov deyib.Onun sözlərinə görə, əldə edilən praktiki nəticələr yeni texnologiyanın səmərələliyini və məhsuldarlığını sübuta yetirməyə imkan yaradıb. Qəribov əlavə edib ki, təhqiqatların erkən mərhələlərində buna nail olmaqda çətinliklər yaşanıb.

"Texnologiyanın təkamülü ondan ibarətdir ki, dəniz suyunun emalı prosesində alınan yanacaq artıq əsas məhsul deyil. Başlıca məhsul dəniz suyunun emalı nəticəsində əldə edilən yuyucu vasitədir. Bu cür yuyucu vasitənin əsas xüsusiyyəti ondan ibarətdir ki, pərəkəndə şəbəkədə təqdim olunan məhsullardan fərqli olaraq onun tərkibində insan orqanizmi və ətraf mühit üçün təhlükə yaradan kimyavi elementlər yoxdur. Yəni, biz onun təhlükəsiz və texnoloji cəhətdən təmiz formasını əldə etməyə müvəffəq olmuşuq", - deyə Qəribov bildirib.

Onun sözlərinə görə, texnologiyanın Türkiyənin rabitə bazarına ixrac olunması planlaşdırılır. Alim əlavə edib ki, bununla əlaqədar Türkiyənin energetika nazirliyinə rəsmi müraciət ünvanlandırılıb.

"Biz daim bu texnologiyanın təkminləşdirilməsi üzərində çalışırıq. Məsələn, hal-hazırda tərəfimizdən reaktorun təkminləşdirilmiş versiyası hazırlanır və onun yekun prototipinə çox yaxınlaşmışıq . Bu gün reaktor bir saat ərzində bir kub metr qazın alınması məqsədi ilə 100 litr suyu emal etməyə qadirdir. Yəni, bir saat ərzində biz 100 litrə yazın hazır yuyucu vasitə əldə edə bilərik", - deyə o bildirib.

İlk dəfə texnologiya 2014-cü ildə Bakıda I Respublika Əqli Mülkiyyət və İnnovasiya sərgisində nümayiş etdirilib. Texnologiya patentləşdirilib, və Qəribovun qeyd etdiyi kimi, yanacağın alınmasının ekoloji cəhətdən təmiz bir üsuludur. O həmçinin vurğulayıb ki, bu üsul ətraf mühitin qorunmasında və qlobal istiləşmənin qarşısının alınmasında mühüm rol oynamaq üçün nəzərdə tutulub.

Xəbər 3189 dəfə oxunub.




26.08.2025  12:30 

Kiyevdə rus casusu saxlanıldı

25.08.2025  20:25 

Xocavənddə yanğın başlayıb


BÜTÜN XƏBƏRLƏR +