İlham Əliyevin Ağ Evdə Donald Trampla görüşü başlayıb
Bakıda məktəbli qəfil vəfat etdi
“Sülh razılaşması imzalanacaq” - Ağ Ev
“Qaradağ Şüşə Zavodu”nun borcu niyə artır?
Adil Əliyev 5 nəfəri işdən çıxartdı
“92 bal toplamışam, vakant yer tapa bilmirəm
Putin və Tramp gələn həftə görüşə bilər... - Romada
Daha bir məşhur həkimin tibb təhsili yoxdur - İDDİA
Mərkəzdən Hövsana uzanan ölüm çökəkləri
“Sərxoş olub bizə işgəncə verirdilər” – Azərbaycanlı


06.11.2024  15:21 

Dubayda Azərbaycanı təmsil edən türkiyəli idmançı kimdi?





A+  A-

2025-ci ilin fevral ayında Dubayda keçiriləcək qızıl kəmər matçının hazırlıqlarını Azərbaycanda davam etdirən qitələrarası ağır çəkidə çempion kikboksçu Məhəmməd Dursun çempionluq kəmərini qoruyaraq yoluna davam edəcəyini bildirib.

Xəzərnews.az Türkiyə mediasına isitnadən xəbər verir ki, 2025-ci ilin fevral ayında Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçiriləcək tədbirdə Türkiyəni təmsil edəcək qızıl kəmərli milli kikboksçu Məhəmməd Dursun Azərbaycandakı turniri və hazırlıq prosesini dəyərləndirib.

"Bilirsiniz, önümüzdəki aylarda Dubayda bir matçım var və bunun üçün Azərbaycana gəlmişik və hazırda hazırlıq prosesindəyik. İlkin olaraq, məşqləri Rusiyada, Moskvada keçirəcəkdim, amma sonradan məkanı Azərbaycana, Bakıya çevirdim. Burada demək olar ki, ağır çəkili idmançılar tapa bildiyimiz üçün Bəhram Rəcəbzadə və bir çox başqa yaxşı idmançılarla məşq etmək imkanımız var", - deyə o bildirib.

Azərbaycanda 15 günlük təlim keçəcəyini vurğulayan Dursun əlavə edib ki, növbəti dönəmində Moskvaya, oradan da Çeçenistana gedəcəyini, 1 ay qalıb hazırlıq dövrü keçirəcəyini qeyd edib. Səhər-axşam burada məşq edirik, axşamlar isə texniki məşq edirik. Buradakı hazırlıq prosesləri ilə titulumuzu qoruyuruq.

Dubayda qarşılaşacağı idmançının kim olmasının onun üçün fərq etmədiyini bildirən Dursun deyib:

"Bu gün dünyanın ən yaxşı idmançısı ilə döyüşə bilərəm. Mən vətəndəyəm. Çünki biz iki dövlət, bir millətdik, Allahın izni ilə buradakı mübarizəmlə və burada əldə etdiyim nəticələrlə Dubayda çempion olacağam”.

O, həm Türkiyəni, həm Azərbaycanı, həm də türk millətini təmsil edəcəyini bildirib.

Qeyd edək ki, 2025-ci ilin fevral ayında Dubay şəhərində keçiriləcək yarışda Türkiyəni Məhəmməd Dursun təmsil edəcək. Rusiya, Fransa, Özbəkistan, İngiltərə və Amerika idmançılarının qatılacağı tədbirdə kəmərini qorumaq uğrunda döyüşəcək Dursun Azərbaycandan sonra hazırlıq prosesini Moskvada davam etdirəcək.



Xəbər 7716 dəfə oxunub.




08.08.2025  17:25 

Yevlaxda ÜÇ MAŞIN toqquşdu

08.08.2025  16:45 

Bakı-Qazax yolunda təmir gedir

08.08.2025  15:39 

Qardaş bacısını baltaladı

08.08.2025  14:15 

Vardan Arutyunyan saxlanılıb

08.08.2025  12:52 

Novxanı işıqsız qalacaq


BÜTÜN XƏBƏRLƏR +