Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


08.08.2025  16:16 

Putin və Tramp gələn həftə görüşə bilər... - Romada





A+  A-

Rusiya prezidenti Vladimir Putin və onun amerikalı həmkarı Donald Tramp arasında görüş gələn bazar ertəsi baş tuta bilər. Hazırda Roma mümkün məkan kimi nəzərdən keçirilir.

XəzərNews.az xəbər verir ki, bu barədə Fox News danışıqlardan xəbərdar olan iki mənbəyə istinadən məlumat yayıb.

"Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti arasında sammit gələn həftənin tezliyində baş tuta bilər. Hədəflərdən biri kimi Roma müzakirə olunur", - telekanalın açıqlamasında deyilir.

Qeyd olunur ki ki, əgər görüş həftənin sonunda baş tutsaydı, Roma Avropada və dünyanın başqa yerlərindəki variantlarla yanaşı, yenə də potensial məkan kimi qəbul ediləcəkdi.

Bundan əvvəl Rusiya prezidentinin köməkçisi Yuri Uşakov jurnalistlərə açıqlamasında Rusiya və ABŞ-ın yaxın günlərdə Putin və Tramp arasında görüş barədə razılığa gəldiyini və bu istiqamətdə işlərə başlanıldığını bildirmişdi.

Putin cümə axşamı BƏƏ-ni Trampla görüşü üçün uyğun yerlərdən biri adlandırıb.

Xəbər 1893 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +