Görüşləri bir saat yarım davam edib
18 yaşlı gənc göldə boğuldu - Lənkəranda
Güclü küləklə bağlı sarı xəbərdarlıq verilib
Fətulla Mustafayev işçilərdən pul tələb edir - İDDİA
Diaspor rəhbəri Rusiya vətəndaşlığından çıxarıldı
Pezeşkianla Paşinyan arasında görüş başlayıb
Lebedev Azərbaycan və Ermənistan arasında sülhdən danışdı
Makron: Putin və Zelenski Cenevrədə görüşə bilər
Sülh ilin sonuna kimi əldə oluna bilər - Erol
Rusiya əvvəlcə ikitərəfli görüş təklif etdi - Zelenski


15.08.2025  15:04 

Geriləmə hər il daha da sürətlənir... - Biz niyə qalib, amma kasıb xalq olmalıyıq?!





A+  A-

“Hökumətin, iqtisadi komandanın daha bir “uğuru” - Beynəlxalq Valyuta Fondu son hesabatını açıqlayıb. Adambaşına düşən ÜDM-ə görə Cənubi Qafqazda sonuncu yerə düşmüşük: 1. Gürcüstan – 9570 dollar, 2. Ermənistan – 8860 dollar, 3. Azərbaycan – 7600 dollar”.

XəzərNews.az xəbər verir ki, belə bir açıqlama ilə Real Partiyasının sədri, iqtisadşı ekspert Natiq Cəfərli çıxış edib.

N.Cəfərli qeyd edib ki, cəmi 10-15 il bundan öncə Azərbaycan bu göstəriciyə görə Cürcüstan və Ermənistanı 2 dəfəyə yaxın qabaqlayırdı, üstün idi, indi hər il geriləyirik:

“Bu göstərici rifahın vəziyyətini əks etdirir – ölkədə rifah, gəlir azalır və ən acınacaqlı hal budur ki, bu tendensiya, yəni, ölkəmizin geriləməsi hər il daha da sürətlənir.

Qardaş Qazaxıstana görə isə sevindim – ilk dəfədir ki, adambaşına düşən ÜDM-ə görə dost ölkə, Rusiyanı keçdi, MDB-də 1-ci oldu: Qazaxıstanda adambaşına düşən ÜDM 14770 dollar olub! Yəni, Azərbaycandan, az qala 2 dəfə çox!

Səbəbi çox sadədir – Qazaxıstanda aşırı tənzimləmədən imtina, biznes-dostu vergi-gömrük məcəlləsi qəbul etdilər. Ən əsası, məhkəmə sistemini beynəlxalq standartlara görə təsis etdilər, indi xarici investorlar, iş adamları istəsələr məhkəmə işlərini ingilis dilində də aparırlar, bunun üçün Britaniyadan təqaüdə çıxmış onlarla hakimi Qazaxıstana dəvət etdilər”.

İqtisadçı qeyd edib ki, hörmətli hökumət, vəziyyət qəlizləşir, iqtisadiyyatımız daralır, bu ilin ilk 7 ayında ÜDM cəmi 0,9% artıb, əslində isə azalıb, çünki, iqtisadi nəzəriyyələrə görə 2%-dən aşağı ÜDM artımı normal sayılmır:

“Yaxşı, nə düşünürsünüz, nə etmək istəyirsiniz?! Biz niyə qalib, amma kasıb xalq olmalıyıq ki?! Olmazmı ki, həm qalib, həm varlı olaq?! Bunun üçün velosiped icad etməyə də ehtiyac yoxdur – idarəetmə sisteminin fəlsəfəsini, yanaşmasını dəyişmək, yeni vergi-gömrük məcəlləsi qəbul etmək, aşırı tənzimləmə siyasətindən vaz keçmək, cərimə və mənasız nəzarət orqanlarını azaltmaq lazımdır. Təbii ki, pararlel olaraq da iqtisadi oyunçulara təminat verən məhkəmə sistemi təsis olunmalıdır”.


Xəbər 1015 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.08.2025  12:18 

Yataqxanada yanğın oldu

19.08.2025  11:03 

Diana Əhədpur BOŞANIR?


BÜTÜN XƏBƏRLƏR +