Maqomedovun 3 milyard dəyərində aktivləri dondurulub
Zelenski Malyukla nədən danışıb?
Stiv Vitkoffla Putin arasında görüş olub - Video
Tibbi arayış böhranı: Körpələrlə növbə dərdi
Rusiya Azərbaycanla hava və dəmir yolu... - Əlaqələr kəsilir?
Bəzi yerlərdə 41 dərəcə isti olacaq - SABAH
Paşinyan Vaşinqtonda Əliyevlə saziş imzalayacaq?
Deputat oğlu Azərbaycanda “Espressolab” açıb
Polis bu rayonda əməliyyat keçirdi - Saxlanılanlar var
İlqar Mustafayevin böyük “əmlak imperiyası” - Siyahı


06.08.2025  10:00 

TÜRKİYƏ ÜÇÜN İSRAİL TƏHLÜKƏSİ REALLAŞIR?





A+  A-

Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin rəhbəri, politoloq Mübariz Əhmədoğlunun müəllifi olduğu “Cənub saatı” analitik verilişi Pozan TV-nin youtub kanalında davam edir.

Verilişdə səsləndirilən fikirləri qısa tezisini təqdim edirik:

İranın siyasəti ən anlaşılmaz və ziddiyyətli mərhələsini yaşayır.

“Zəngəzur koridoru” mövzusu bütün İran elitasının təhtəlşüurunu üzə çıxardı. Zəngəzur koridoru İran üçün logistika olsaydı 20 il bundan əvvəl çəkərdi. İran Zəngəzur koridoruna heç vaxt vəsait tapmayıb.

Ermənistanda ABŞ-ın hərbi təlim keçirilməsini elan etdiyi dövrdə də İranın Azərbaycanın üzərinə təbliğat hücumunu, hədələrini artırması göstərir ki, İran Zəngəzur koridorunun hansısa variantda həllinin tapılmasında maraqlı deyil. Çünki bu onun Azərbaycana qarşı mübarizəsini dayandıracaq. O rakursdan İranın Ermənistanla birlikdə anti-Azərbaycan əməkdaşlığına yenidən baxmaq aktuallaşır.

Tək-tək yayılan faktları yeni prizmadan ümumiləşdirsək bəlli olur ki, İran Azərbaycanda İslam inqilabı etmək istəyirmiş və İslam inqilabında da İranın ən yaxın havadarı Ermənistan imiş. İslam inqilabının ixracı əslində İranın ən əsas kredosudur. Dəfələrlə cəhd etsə də Azərbaycanda bunu edə bilmədi. İranın qoşunları Azərbaycanın daxilində olarkən Azərbaycanı Ermənistandan müdafiə etməklə məşğul olmadılar. Əksinə, Azərbaycan hərbçilərinə “Allahu Əkbər, Xomeyni rəhbər” şüarını öyrədirdilər. Erməniləri Azərbaycanın üzərinə hücuma qaldırmaqla sərhəd rayonlarındakı əhalini qaçqın və məcburi köçkün vəziyyətə salırdılar ki, çadır düşərgələrində onlara yardım etmək, sonra da təbliğat aparmaq işi asanlaşsın. Bütün bunları İran Azərbaycan dövlətçiliyinə yardım üçün yox, məhz İslam inqilabı üçün edirmiş. “Xocalı soyqırımı” termini İranda bu gün də qadağandır. İran Xocalı soyqırımının qatillərini cəzalandırsaydı, Srebrenitsada və Qəzzada bu qırğınlar baş verməzdi.

Hətta 1-2 ay əvvəl Azərbaycanın ünvanına yaydığı şər-böhtan informasiyaları yenidən təkrarlayır. Azərbaycan iki variant ortaya qoyub:

1. “Tramp koridoru”nun “Araz koridoru” ilə əvəzlənməsidir. İran hələ buna cavab verməyib. Reaksiyasından, Azərbaycana qarşı yeni təbliğat klişeləri tətbiq etməsindən aydındır ki, razı deyil.

2. Pakistanın hərbi qüvvələrinin İran-Azərbaycan sərhədində dayanmasıdır. Çünki İranın hərbçiləri çox əcaib variantdadır. Hərbçiləri Azərbaycan ərazisindən uçan PUA, qırıcını görmür, sadə kəndli onu görür. İran-Azərbaycan sərhədində İranın 100 min ordusu var. Bu qoşun nəyə xidmət edir?! İranın dövlət rəsmiləri səviyyəsində uydurulan məlumatdan başa düşürsən ki, dünya sanki səhradır. Rusiya, ABŞ, Çinin və digər dövlətlərin peykləri yoxdur. Bütün dünya bu 3 dövlətin gözünün qabağındadır. Harada nə baş verir, görür.
İran bir tərəfdən İsrailə qarşı birgə dayanmağı Türkiyəyə təkid edir, amma Azərbaycanla Türkiyəni birbaşa birləşdirən “Araz koridoru”na icazə vermir.

Bir tərəfdən İsraili söyür, İranın ABŞ-la danışıqlarının mahiyyətində tamam fərqli şeylər görünür. İran indi də ABŞ-ın region üzrə canisi olmağa çalışır. Əhaliyə elektrik enerjisi verən stansiya tikmək əvəzinə tələsik titan zavodu tikdi. Müasir dünyada titanın mahiyyəti bəllidir. Titan ABŞ-ın möhtac olduğu elementdir. ABŞ-ın Rusiya sanksiyalarının kəskin dövründə də titan almasını dayandırmadı. mövzusuna toxunulmadı. Hətta ABŞ Rusiyadan uran ixracını dayandırdı, titan ixracını dayandırmadı. ABŞ üçün titanın iki mənbəyi var-Çin və Rusiya. İndi İran özünü ortaya qoyur ki, ABŞ Rusiya və Çindən titanı alma, mən verəcəyəm. Bununla özünü ABŞ-a daha faydalı göstərmək istəyir. ABŞ-ın qarşısında tələblərini artırmaq, “mənə kompensasiya ödə” və s. bu məsələdən irəli gəlir.

İranın Rusiya ilə də mövqeyi ziddir. Gilanda RLS-lə Rusiyanın ərazisini görə bilir, 750 km Rusiyanın daxilində elektron müharibə apara bilir, Azərbaycanı Rusiya ilə qorxudur. Zəngəzurda Rusiya konsulluğunun açılmasının ən böyük maneəsi İrandır. İran Ermənistana icazə vermədi. İran səfirinin və konsulunun o mövzuda olan suallara verdiyi reaksiyalar bunu aydın göstərir. İndi Zəngəzur koridoru Rusiyanın maraqlarına zidd olması üzərində blef qurub.

Rusiya İsraillə çox sıx əlaqədədir. Prosesləri istədiyi istiqamətə çevirmək gücündədir. V.Putinlə B.Netanyahu arasında Ukrayna üzərində olan razılaşmanın mahiyyətini yada salaq: Kreml Suriyada İranın bazlarını İsrailin hücumundan qorumadı. Əvəzində İsrail Ukraynaya dəmir günbəz tipli silahları satmadı.

Eyni mahiyyətdə razılaşmanı Rusiya B.Netanyahu ilə İran üzərində də əldə edə bilər. Rusiya millətlərin öz müqəddəratını təyinetmə hüququnu ərazi bütövlüyü prinsipindən üstün görmək istəyir. Bunu məxsusi Qazaxıstan üçün nəzərdə tutmuşdular. RF Xİ naziri S.Lavrovun 2 və ya 3 dəfə bu mövzuda açıqlaması var. Cenevrədə parlamentlərarası assambleyasının iclasında RF Federasiya Şurasının sədri V.Matvienko bunu qlobal miqyasda təkrar etdi. İlk növbədə bu artıq İran üçündür. İranın daxilində çox millətli etnik qrupları ayağa qaldırmaq, İran o qaydada etnik qruplarla İranın ərazisindən özünün nəzarəti altında olan İraqa qədər, oradan da Suriyaya yol açacaq. Bu halda onun İsraillə əldə etdiyi razılaşma V.Putini qane edə bilər. Həmin sessiyada iştirak edən M. Qalibaf V.Matvienkonun dediklərinin mahiyyətini başa düşmədi. İranın siyasi elitasının intellekti bax, budur.

Ə.Laricani üçün Müdafiə Şurası yaratmaq onu istənilən hərbi vəziyyətdə ölkəyə ali rəhbər təyin etməkdir. RF variantı da ola bilər. Amma ali rəhbərin uzaqlaşmasında ABŞ daha maraqlıdır. İranda hərbi vəziyyət elan etmək üçün İsrail ya RF və ya ABŞ sözü ilə 3-4 raket ata bilər.



Xəbər 388 dəfə oxunub.





Bölməyə aid digər xəbərlər

06.08.2025  11:21 

Aida Tağızadə vəfat etdi

05.08.2025  16:33 

Yeni cərimələr təsdiqləndi


BÜTÜN XƏBƏRLƏR +