Əli Nağıyev Gürcüstana səfər edib
Bu ölkə Rusiya ilə neft alışını dayandırdı
Həkimlər Azərbaycandan niyə qaçır?
Fəzail Ağamalı ilə oğlu arasında dava
Bu restoranlar bağlanır?
Müəllimə dərs zamanı qəfil öldü
Xəstəxana əlil arabasında olan qardaşımı qəbul etmir -VİDEO
Metroda insident: Həbs olunlar var
250 rus hərbçisi var, vəziyyət kritikdir
Prezident Kasım-Jomart Tokayevə təbrik məktubu ünvanlayıb


24.10.2025  11:36 

Daha bir klinikanın külli miqdarda vergi borcu var -FOTO





A+  A-

"MedAura Klinika"nın külli miqdarda vergi borcu yaranıb.

XəzərNews.az xəbər verir ki, klinikanın hazırda dövlətə 241 min 690.82 manat vergi borcu var.

MedAura Klinika 2010-cu ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 20 manat olan MMC-nin qanuni təmsilçisi İsbiyev Mübariz Qabil oğludur. Məlumat üçün bildirək ki, Dövlət Vergi Xidmətinin kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrində MMC-nin vergi ödəyicisi kimi 2 dəfə adını dəyişdiyi göstərilir. İlk adı “Nihat Klinika” MMC olub. 2018-ci ildən isə “MedAura Klinika” MMC adlandırılır.

Dövlət Vergi Xidmətinin kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarından aydın olur ki, klinikaya qarşı 2011, 2012, 2016, 2017, 2018, 2019, 2021,2022, 2023, 2024-ci illərdə Vergi Məcəlləsinə uyğun olaraq vergi hesabatını və ya onu əvəz edən arayışı vaxtında təqdim etməməsi səbəbindən toplam 15 hal üzrə ümumilikdə 600 manat maliyyə sanksiyası tətbiq edilib.

Xatırladaq ki, ötən il Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən "MedAura" klinikasında yoxlama aparılıb. Klinikada plandankənar yoxlama zamanı lisenziyadan kənar iş və fəaliyyət (plastik cərrah) və sertifikatsız plastik tibb fəaliyyəti ilə məşğul olma faktları aşkar edilib. Nəticədə klinika barəsində İnzibati Xətalar Məcəlləsinin 215.1 və 215.4-cü maddələri ilə protokol tərtib edilib.

2024-cü ilin may ayında "MedAura" klinikasında M.P. adlı pasiyent üzərində göbək ətrafı lipoma cərrahi əməliyyat aparılmasına dair qərar verilsə də, sonradan əməliyyatın liposaksiya kimi icra olunduğu aşkar edilərək, cərrahi əməliyyat dayandırılıb. Məhkəmənin qərarı ilə klinika rəhbərliyi İnzibati Xətalar Məcəlləsinin 215.1 və 215.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, İXM-nin 34.3-cü maddəsi nəzərə alınmaqla 6.000 manat məbləğində cərimə edilib.

Qeyd edək ki, yerli mediada tez-tez vətəndaşların klinikadan şikayətləri də öz əksini tapıb

Belə ki, 2024-cü ilin aprel ayında paytaxt sakini Lətafət Məmmədova yanlış əməliyyat səbəbi ilə səhhətində müəyyən problemlər yarandığını iddia etmişdi. Septoplastika, yəni burunda çəpər əyriliyi əməliyyatı olan zərərçəkən pasiyent bildirib ki, əməliyyatdan sonra problemləri aradan qalxmaq yerinə, əksinə şikayətləri artıb.

Əlavə olaraq, 2023-cü ildə də Lamiyə Kərimova adlı pasiyent "MedAura" klinikasında burun əməliyyatı etdirib. Lakin əməliyyat uğursuz alınıb. Əməliyyatın uğursuz olması ilə bağlı Lamiyə Kərimova klinikaya müraciət etsə də, heç bir nəticə olmadığını bildirmişdi.

Bundan başqa, 2019-cu ilin oktyabr ayında 1982-ci il təvəllüdlü Pərvanə Ağayeva həmin klinikada həyata keçirilən estetik əməliyyat zamanı anesteziyadan sonra dünyasını dəyişib.



Xəbər 805 dəfə oxunub.




25.10.2025  14:54 

Bu restoranlar bağlanır?

25.10.2025  10:47 

DYP-dən xəbərdarlıq

24.10.2025  11:24 

11 tələbənin təqaüdü kəsildi


BÜTÜN XƏBƏRLƏR +