Azərbaycanlıların həbsinə başlanıldı
Qırğızıstanın incisi... - İssıkkul gölü
Putin “Burevestnik”dən danışdı
Elton Məmmədov 3 milyon manatı ödəyib - Rəsmi
Əhmədzadənin Rumıniyada dəhşətli əməlləri...
“Bolmart” da ondan alındı, rəhbəri dəyişdi
Deputatımız Malayziyaya səfər edəcək
Mehdiyevlər ailəsinin “ayaqqabı cütləyən”i kim olub?
Mehdiyevin oğlu Duzdağda böyük narazılıq yaradıb
Hər üçünün AMEA-dakı fəaliyyəti yoxlanılır


29.04.2023  09:39 

Narkotiklə məşğul olan 8 nəfər saxlanılıb





A+  A-

Baş Narkotiklərlə Mübarizə İdarəsinin və Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotiklərin qanunsuz dövriyyəsi, saxlanılması və satışı ilə məşğul olan şəxslərə qarşı birgə əməliyyatlar keçirilib.

XəzərNews.az Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupuna istinadla xəbər verir ki, keçirilən əməliyyat axtarış tədbirləri zamanı rayon sakinləri Rasim Abasov, Elçin Əliyev və Elvira Qafarova saxlanılıblar. Həmin şəxslərin üzərinə və yaşadıqları evə baxış keçirilən zaman bükülülərdə külli miqdarda psixotrop maddə olan metamfetamin və narkotik vasitə olan heroin aşkar olunaraq götürülüb.

Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən son bir həftə ərzində keçirilən əməliyyatlar nəticəsində isə ümumilikdə narkotiklərin əldə edilməsi, daşınması və saxlanılması ilə məşğul olan 8 nəfər saxlanılıb, həmin şəxslərdən müxtəlif növ narkotik vasitələr aşkar olunaraq götürülüb.

Bütün faktlarla bağlı RPŞ-də cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə Rasim Abasov və Elçin Əliyevin barələrində həbs qətimkan tədbiri, digər şəxslərin barələrində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Xəbər 2652 dəfə oxunub.



29.10.2025  17:20 

Azərbaycanda zəlzələ

29.10.2025  10:07 

Şəbnəm Tovuzlu cərimələndi


BÜTÜN XƏBƏRLƏR +