Seçkili orqanlarda tayfabazlıq... - Sərdar Cəlaloğlu
Ermənistan kimi seçdi: Tehranı, yoxsa Bakını?
İstintaqın əlində siyahı varsa... - İqbal Ağazadə
Prezident pambıq emalı zavodunun fəaliyyəti ilə tanış olub
Baltik şirkətləri Rusiyanın “kölgə donanması”na dəstək verir
Ət bazarında xaos... - “Broker Əbülfəz”in adı hallanır
Vaqif İbrahimov tiklilərin sənədləşdirilməsinə niyə mane olur?
İcra nümayəndəsinin verdiyi sənəd saxta çıxıb
Zelenski Rusiyanı uzaqmənzilli zərbələrlə hədələdi
İlanlar otelləri zəbt edib - Video


22.10.2025  11:54 

“Gənc Müəllimlər: Suverenlik Yolunda Təhsil Missiyası” Forumu keçirildi -Fotolar





A+  A-

“Gənc Müəllimlər: Suverenlik Yolunda Təhsil Missiyası” mövzusunda forum Gəncə şəhərində keçirilib Azərbaycan Gənc Müəllimlər Assosiasiyası, Gəncə - Daşkəsən Regional Təhsil İdarəsinin təşkilatçılığı və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının tərəfdaşlığı ilə Gəncə şəhərində “Gənc Müəllimlər: Suverenlik Yolunda Təhsil Missiyası” Forumu keçirildi.

Forum gənc müəllimlərin milli dövlətçilik dəyərlərinə bağlılığının gücləndirilməsi, suverenlik və müstəqilliyin qorunmasında müəllimlərin strateji rolunun qabardılması məqsədini daşıyırdı.

Xəzərnews.az xəbər verir ki, tədbir 21 oktyabr 2025-ci ildə Gəncə Dövlət Universitetində baş tutub. Forumdan öncə tədbir iştirakçıları Gəncə Memorial Kompleksini ziyarət edib, Şəhidlərin əziz xatirəsini ehtiramla yad ediblər.

Tədbir Dövlət Himninin səsləndirilməsi və Vətən uğrunda canını fəda etmiş şəhidlərin əziz xatirəsinin sükutla yad edilməsi ilə başlayıb.

Açılış nitqi ilə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov və Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının sədri Pərvinə Qədimova çıxış edərək, təhsilin dövlətin ideoloji dayağı kimi strateji əhəmiyyətə malik olduğunu vurğulayıblar.

Bildirilib ki, müəllim yeni nəsli milli kimlik, dövlətçilik düşüncəsi və vətənpərvərlik ruhunda yetişdirən aparıcı şəxsiyyət kimi cəmiyyətin intellektual təhlükəsizliyini təmin edir.

Forum çərçivəsində Azərbaycan Respublikasının Milli Məclisinin deputatları Pərvin Kərimzadə və Naqif Həmzəyev çıxış edərək təhsil siyasətində milli maraqların qorunması, gənclərin dövlətə sədaqət ruhunda formalaşdırılması və müəllimlərin bu missiyada xüsusi məsuliyyət daşıdığını vurğuladılar.

Tədbirin davamında Elm üzrə Prezident mükafatçısı Elnur Həsənov çıxış edərək elmi düşüncə və vətəndaş məsuliyyətinin müəllim fəaliyyətində əks olunması ilə bağlı fikirlərini bölüşüb.

Tədbirin sonunda gənc müəllimlərin iştirakı ilə xatirə fotosu çəkilib.









Xəbər 4527 dəfə oxunub.




28.10.2025  11:03 

Prezident Sabirabada səfər edib

27.10.2025  13:52 

Ramazan ayı bu tarixdə başlayacaq


BÜTÜN XƏBƏRLƏR +