Müharibədə daha bir azərbaycanlı həlak oldu
Prezident DTX-nin saxladığı başçı ilə bağlı qərar verdi
Bəzi məmurlar xəyanət yoluna düşüb... - Mer
Bu ölkədə hava limanları bağlanır
“Hurriyyet TV”-nin Baş redaktoru saxlanıldı
Azərbaycanlı iş adamı Rusiyada ölü tapıldı
Saxlanılan icra başçısının qızı hakimdir
Sahibkar parklanma yerini qanunsuz zəbt etdi
DTX-nin saxladığı icra başçısı kimdir? - 14 ildir...
Qurban Qurbanov futbolçularını cərimələyib? – Rəsmi


27.10.2025  12:42 

“Ana Vətən” rəzaləti, yoxsa “siyasi partiya” adlı ailə təsərrüfatları...





A+  A-

“Ana Vətən” məsələsi Ramiz Mehdiyev məsələsindən ayrı deyil, onun bir elementidir. “Siyasi partiya” adlı ailə təsərrüfatlarının yaratdlğı siyasi eybəcərliklər haqqında 10 kitab yazılsaydı rəzaləti “qurultaydan” yayılan 10-15 dəqiqəlik videogörüntü qədər izah edə bilməzdi.

Halbuki…

Siyasi partiya dövləti, onun təməllərini qoruyan, gələcəyini qarantiləyən institut olmalıdır. Vətəndaş siyasi düşüncəsini - dövlətinin gələcəyi ilə bağlı mövqeyini siyasi partiyada cilalamalıdır.

Dünyanın heç bir sivil dövlətində sabitlik, yüksəliş biət üsulu ilə seçilən şəxslərin professional keyfiyyətləri nəzərə alınmadan vəzifə kürsülərində əyləşdirilməsi ilə qarantilənmir. Səlahiyyətlər dövlətin güclənməsi üçün siyasi partiyalarda gedən prosesdə - davamlı müzakirələrdə, məsləhətləşmələrdə yetişənlərə, professional keyfiyyətlərini, təşkilatçılıq bacarıqlarını artırmaqla partiyaiçi seçkidə funksionerlərin səsini toplayaraq siyasi kimliyini şəkilləndirib ölkənin genəl siyasətinə transfer bacarığı olanlara tapşırılır.

Siyasi partiyalar zaman irəlilədikcə ənənələri saxlamaqla geopoliyik mənzərəyə, dövlətin və millətin maraqlarına, ən önəmlisi gəncliyin baxışlarına uyğun dinamizm yarada bilmirlərsə dağılırlar. Partiyalar yaşlılar üçün siyasi dedi-qodu klubları yox, “təzə qan”la yenilənən, gələcək üçün stratejilər quran institut olmalıdır. Hər hansı siyasi partiyada təmsilçilik böyük kütlələri demirəm, siyasi, ictimai elmlər üzrə təhsil alan gəncliyin heç olmasa 3-5 faizinin xəyalı deyilsə, ölü təşkilatdır.

Dönək bir də Azərbaycanın mənzərəsinə baxaq…

Siyasi partiyanın “xam maddəsi” vətəndaşdır. Azərbaycan vətəndaşı “siyasi partiya” söz birləşməsindən hürkür. Partiya deyəndə ağlına ilk gələn işini itirmək qorxusu olur.

Çünki partiya sözü onun qafasına müxalifətçiliyin - Azərbaycanda cəzalandırılıan fəaliyyətin institutu kimi yerləşdirilib. Dövlət sektorunda işləyən vətəndaş üçün isə siyasi partiya anlayışı adının siyahısına onun iradəsindən kənar əlavə ediləcəyi, ondan yalnız seçkidə iştirak (həm də karusel) tələb olunacağı qurum (YAP) deməkdir.

Bu mənzərə bilirsiz nə anlama gəlir?

Siyasətin, yəni ölkənin gələcəyinin vətəndaşsız - milli maraqlarsız dizayn olunması anlamına. Ramiz Mehdiyev xəttinin əsas hədəflərindən biri.

Nail olublarmı?

AVP-dəki rəzalət, ölənin bir-birinə qarışmasına baxmayaraq YAP-ın Ramiz Mehdiyev məsələsində hələ də susqunluğu göstərur ki, bəli.

Dəyişmək mümkündürmü?

O da bəli. Korrupsiya maşınını pisləyən və bu fonda aqressivləşən vətəndaşın fəallığını dövlətin maraqlarına yönləndirməklə.

Necə?

Vətəndaşa iqtisadi azadlıqlar verməklə.

O zaman ona güzəran qazandıran sistemi özü qoruyacaq.

İndi paradoksal olsa da, təhlükədir.

Aygün Muradxanlı

Xəbər 1228 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

30.10.2025  13:20 

“Saray Plaza”da ölüm

30.10.2025  11:05 

Baş həkim təyin edildi

30.10.2025  09:54 

Faktiki hava açıqlandı

29.10.2025  17:20 

Azərbaycanda zəlzələ


BÜTÜN XƏBƏRLƏR +