Seçkili orqanlarda tayfabazlıq... - Sərdar Cəlaloğlu
Ermənistan kimi seçdi: Tehranı, yoxsa Bakını?
İstintaqın əlində siyahı varsa... - İqbal Ağazadə
Prezident pambıq emalı zavodunun fəaliyyəti ilə tanış olub
Baltik şirkətləri Rusiyanın “kölgə donanması”na dəstək verir
Ət bazarında xaos... - “Broker Əbülfəz”in adı hallanır
Vaqif İbrahimov tiklilərin sənədləşdirilməsinə niyə mane olur?
İcra nümayəndəsinin verdiyi sənəd saxta çıxıb
Zelenski Rusiyanı uzaqmənzilli zərbələrlə hədələdi
İlanlar otelləri zəbt edib - Video


17.10.2025  11:05 

Rüstəm Usubovun məsuliyyət məsələsini qaldırdım - Pərviz Həşimli





A+  A-

“Bu gun Azərbaycanın baş prokuroru Kamran Əliyevlə görüşdüm. Görüş zamanı Avropa İnsan Hüquqları Məhkəməsinin mənim 2013-cü ildə ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyi tərəfindən qurama ittihamla həbs olunmağım və sonradan Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmağımla bağlı verdiyi qərar haqqında danışdım”.

XəzərNews.az xəbər verir ki, bunu Gununsesi.info-nun baş redaktoru Pərviz Həşimli deyib.

Baş redaktorun sözlərinə görə, Kamran Əliyev qəbul olunmuş qərar haqqında detallı bilgi verib:

“Cənab Baş Prokuror məni dəqqətlə dinlədi. Avropa İnsan Hüquqları Məhkəməsinin qərarından xəbərdar olduğunu dedi. Mən ondan xahiş etdim ki, ortada üzə çıxan yeni halları nəzərə alıb Ali Məhkəmə Plenumuna kassasiya protesti versin. Yeni hallar deyərkən, söhbət həm də MTN-nin həbs etdiyi sabiq nazir Nicat Quliyevin şərləndiyi tapança ilə mənim şərləndiyim silahların eyni qutuya məxsus olması, eyni sifarişlə istehsal olunması, eyni şirkətə satılması barədə zavodun verdiyi sənədlərdə əks olunanlardır. Hər ikimizi ayrı-ayrı dövrlərdə MTN həbs edib, amma silahlar eyni qutuya məxsus silahlar olub. Həmçinin, xahişimdə o zaman həbsimə təqdimatı verən və sonradan ittiham atkını imzalayan Rüstəm Usubovun məsuliyyət məsələsini də qaldırdım”.

Xəbər 4286 dəfə oxunub.




28.10.2025  11:03 

Prezident Sabirabada səfər edib

27.10.2025  13:52 

Ramazan ayı bu tarixdə başlayacaq


BÜTÜN XƏBƏRLƏR +