Əli Nağıyev Gürcüstana səfər edib
Bu ölkə Rusiya ilə neft alışını dayandırdı
Həkimlər Azərbaycandan niyə qaçır?
Fəzail Ağamalı ilə oğlu arasında dava
Bu restoranlar bağlanır?
Müəllimə dərs zamanı qəfil öldü
Xəstəxana əlil arabasında olan qardaşımı qəbul etmir -VİDEO
Metroda insident: Həbs olunlar var
250 rus hərbçisi var, vəziyyət kritikdir
Prezident Kasım-Jomart Tokayevə təbrik məktubu ünvanlayıb


25.10.2025  14:54 

Bu restoranlar bağlanır?





A+  A-

“Pakdad 2008” və “Coffee Service” MMC-lər ləğv olunduğunu elan edib.

XəzərNews.az xəbər verir ki, şirkətlərin hər ikisi Şöhrət Adışirin oğlu Babaşova məxsusdur.

“PAKDAD 2008” MMC 2020-ci, “Coffee Service” MMC isə 2016-cı ildə dövlət qeydiyyatına alınıb. Şirkətlərin nizamnamə kapitalları müvafiq olaraq 10 manat və 12 manatdır.

Şöhrət Babaşovun digər bir şirkəti "Hacıqabul Quşçuluq" MMC isə cari ilin iyul ayında ləğv edilib.

Qeyd edək ki, iş adamı paytaxtın tanınmış restoranlar şəbəkəsinin sahibidir. Belə ki, “Pak Dad Group” brendi adı altında 4 “Pakdad” restoranı, “Manqal”, “Express Steak”, “Kükü”, “Nargilə”, “Kabab Dünyası”, 7 fastfud və “BalBadəm” şirniyyat evləri ona məxsusdur.

Şöhrət Babaşova daha əvvəl əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında AKT-a əsasən 3000 manat maliyyə sanksiyası tətbiq edilib.

Eyni zamanda, fiziki şəxs vergi qanunvericiliyinin pozulmasına görə əlavə 31 halda ümumilikdə 1240 manat dəyərində cərimə edilib.//Teleqraf

Xəbər 474 dəfə oxunub.



25.10.2025  14:54 

Bu restoranlar bağlanır?

25.10.2025  10:47 

DYP-dən xəbərdarlıq

24.10.2025  11:24 

11 tələbənin təqaüdü kəsildi


BÜTÜN XƏBƏRLƏR +