Bakıda şirkət rəhbəri həbs edildi
Trump siyasəti sülh gətirir, yoxsa Rusiyaya fürsət verir?
Qadın sürücülərdən 111-i taksi sürür
Paltarlı halda dənizə girdi və üzməyə başladı
Zərdabda tiktoker həbs olundu
Qısamüddətli yağış yağacaq
Suraxanıda yaşayış binasında yanğın olub
Mehdiyev ailəsinin “baş kassiri” kimdir?
Ruslar Xarkovda uşaq bağçasını vurdu
Türkoloji Qurultayın 100 illik yubileyi keçiriləcək


14.02.2024  11:05 

Əhmədin atası biznesmen olub





A+  A-

Əhməd Əhmədov adlı gənc ötən gün Bakının Xətai rayonunda dəhşətli qətl törədərək, cəmiyyətin diqqətini ailəsinin üzərinə çəkdi. Hazırda KİV-lərdə və sosial şəbəkələrdə 5 nəfəri - 1972-ci il təvəllüdlü atası Mehman Əhmədovu, 1977-ci il təvəllüdlü anası Bikə Əhmədovanı, 2015-ci il təvəllüdlü qardaşı Məhəmməd Əhmədovu, 1997-ci il təvəllüdlü bacısı Elmira Əhmədovanı və onun 5 yaşlı qızını qətlə yetirən cani barədə müxtəlif məlumatlar tirajlanır.

Xəzərnews.az yenisabah.az-a istinadən xəbər verir ki, oğlu tərəfindən qətlə yetirilən ailə başçısı Mehman Əhmədov barədə maraqlı məlumatlar əldə edib. Məlum olub ki, 52 yaşlı Mehman Əhmədov indiyə kimi müxtəlif vəzifələrdə çalışıb. Onun sonuncu iş yeri "Azərbaycan Dəmir Yolları" QSC olub. Mehman Əhmədov 2022-ci ilə kimi "Azərbaycan Dəmir Yolları" QSC-də çalışıb. Amma KİV-də iddia edildiyi kimi İnfranstruktur departamentinin rəisi deyil, həmin departamentdə təsərrüfat sektorunun müdiri vəzifəsində çalışıb. O, bu qurumun sabiq rəhbəri Cavid Qurbanovun ən etibarlı kadrlarından biri olub. Buna görə də çalışdığı QSC-də əsas söz sahiblərindən sayılıb, bir çox təyinatların gerçəkləşməsində bilavasitə rol oynayıb. Lakin bir müddət sonra Cavid Qurbanovla aralarında soyuqluq yaranıb. Buna görə də 2022-ci ildə Cavid Qurbanov onu ixtisara salaraq, QSC-dən uzaqlaşdırıb. Amma Rövşən Rüstəmov 26 oktyabr 2022-ci ildə "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri təyin edilməsindən sonra Mehman Əhmədova yenidən əməkdaşlıq təklif olunub. Yeni sədr köhnə kadrı öz komandasında görmək istəsə də, Mehman Əhmədov bundan imtina edib.

Keçmiş iş yoldaşları Mehman Əhmədovu imkanlı və xeyirxah adam kimi xatırlayırlar. Onların sözlərinə görə, mərhum hələ məmur işləyərkən ciddi biznes şəbəkəsinə sahib olub.

Məlumatlara görə, işdən çıxandan sonra Mehman Əhmədova ayrı-ayrı dövlət qurumlarından müxtəlif vəzifələr təklif olunub. Amma o, bizneslə məşğul olmağa üstünlük verərək, bu təkliflərdən mədəni şəkildə imtina edib.

Xəbər 2724 dəfə oxunub.




22.10.2025  16:10 

Zərdabda tiktoker həbs olundu

22.10.2025  15:17 

Qısamüddətli yağış yağacaq

22.10.2025  10:35 

Dağıstana PUA hücumu

22.10.2025  10:33 

Baş nazir qərar imzaladı

22.10.2025  10:20 

Metroda problem yaranıb

21.10.2025  23:09 

Baş nazir Tiflisə səfərə gedib

21.10.2025  22:27 

Bu ərazilərdə qaz olmayacaq


BÜTÜN XƏBƏRLƏR +