22.10.2025 18:23
Trump siyasəti sülh gətirir, yoxsa Rusiyaya fürsət verir?
İnkaredilməz faktdır ki, Ukrayna, həqiqətən, Rusiya kimi təcavüzkar, imperialist və şovinist düşüncəli bir dövlətlə təkcə öz azadlığı uğrunda mübarizə aparmır. Bu reallığı nə qədər acı olsa da qəbul etmək mütləqdir. Əgər Rusiya Ukraynada istədiyinə nail olarsa, istəyini hər hansı bir razılaşmalarla rəsmiləşdirək və ya status-kvo əldə edərsə, ilk növbədə Rusiya keçmiş sovet respublikaları və Avropa üçün böyük bir real təhlükəyə çevriləcək. Bəli, bu gün Ukrayna Rusiya ilə bütün keçmiş sovet respublikaları, bütün Avropa uğrunda da mübarizə aparır.
Düşünürəm ki, əgər Rusiya Ukraynada qələbəsini qəbul etdirə bilərsə, ilk növbəti hədəfi keçmiş sovet respublikaları yox, Avropa İttifaqı dövlətləri olacaq. Ona görə ki, Rusiya həm Ukrayna müqavimətini, eləcə də öz insani resurslarını nəzərə alaraq məhz Aİ dövlətlərindən başlaya bilər. Ən əsası isə, Rusiyanın belə qərarına, əgər Rusiya Aİ dövlətlərindən ən azı birini nəzarətinə götürə bilərsə, o halda keçmiş sovet respublikalarının könüllü Rusiya orbitinə dönəcəyinə hesabı təsir edə bilər.
Qaldı ki, Donald Trumpın Rusiya-Ukrayna müharibəsinə münasibəti, təbii ki, Donald Trump öz ambisiyalarının, şəxsi xüsusiyyətlərinin girovuna çevrilib və "sülh gücü" kimi özünü təqdim etməyə çalışsa da, dünya üçün və xüsusən də Avropa qitəsi üçün Rusiyaya imkanlar yaradır. Əslində Tramp Rusiya müharibəsinin nəticələrinin fərqindədir. Ancaq, Trampın Ukrayna ilə təbii ehtiyatlarla bağlı müqaviləsinə, Ukraynaya ötürülən silahın dəyərinin ödənilməsinə nail olması ilə bərabər, Rusiyanın Çindən uzaqlaşdırma istəyi Ukraynanın maraqlarını ABŞ üçün əhəmiyyətsiz edib.
Digər tərəfdən, Trumpın keçmişdən Rusiya ilə müəmmalı xüsusi əlaqələri barədə məlumatlar var. Donald Trump bütün fəaliyyəti nəticə etibarı ilə Rusiyanın əməllərinə müəyyən mənada rəvac verir. Bu baxımdan, Donald Trumpın isti münasibətləri olan digər dövlətlər də Rusiya-Ukrayna müharibəsi və onun perspektivlərini, Donald Trumpın daim hakimiyyətdə olmaması kontekstindən qiymətləndirilməsini vacibdir.
Əgər Donald Trumpın dövründə Rusiya istədiyinə nail olarsa, təbii ki, gələcəkdə də, ABŞ-da kimin prezident olmasından asılı olmayaraq, Rusiya təcavüzkar siyasətini davam etdirəcək.
Müharibənin Ukraynanın xeyrinə bitməsi əsas şərtdir. Donald Trumpın bu gün Ukraynaya təklif etdiyi güzəştlər, əslində, təkcə Ukraynanın məğlubiyyəti deyil, bu, Rusiyanın nəinki Ukrayna üzərində, bütün keçmiş sovet respublikaları üzərində, Aİ-ı üzərində faktiki və psixoloji qələbəsidir.
Avropa İttifaqının ABŞ-dan, Donald Trumpdan fərqli olaraq, Rusiya–Ukrayna müharibəsinə yanaşması məhz gələcəkdə Rusiyanın daha da aqressivləşməsinin qarşısını almağa yönəlib. Rusiya Ukraynada istədiklərini əldə edə bilsə, bu, nəinki keçmiş sovet İttifaqı respublikalarına, ümumilikdə Aİ-ya üçün böyük və real təhlükə və ümumiyyətlə, dünyada müəyyən hegemonluq ortaya qoya bilər.
Müəyyən fikirlər də var ki, Donald Trumpla Putin arasında Çinə qarşı gizli sövdələşməyə var. Ehtimallara görə, Rusiya Ukraynada uğurunu rəsmiləşdirdikdən sonra, ABŞ-ı ilə Çinə qarşı birləşəcəyi deyilir.
Zənnimcə ehtimallar əsassızdır və belə bir versiyaların ortaya atılması, Trumpın Rusiya dəstəyinə haqq qazandırmaq niyyəti durur.
Vüqar Dadaşov
Xəbər 591 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|