Bakıda şirkət rəhbəri həbs edildi
Trump siyasəti sülh gətirir, yoxsa Rusiyaya fürsət verir?
Qadın sürücülərdən 111-i taksi sürür
Paltarlı halda dənizə girdi və üzməyə başladı
Zərdabda tiktoker həbs olundu
Qısamüddətli yağış yağacaq
Suraxanıda yaşayış binasında yanğın olub
Mehdiyev ailəsinin “baş kassiri” kimdir?
Ruslar Xarkovda uşaq bağçasını vurdu
Türkoloji Qurultayın 100 illik yubileyi keçiriləcək


09.11.2022  14:00 

Güneyim! - Vüqar Zifəroğlu yazır...





A+  A-

Şanlı millətimin bu gün də bu torpaqların əmin-amanlığı uğrunda verdiyi şəhidlərin ruhuna ittihaf edirəm…

Bir torpaq var nisgilli, Arazın o tayından həsrət dolu baxışlarla mənə sarı boylanan. Ruhumun əsir alındığı, qaranlığa, mövhumat deyilən zindana salınmış bir yer: Güneyim – qan yaddaşım, Azərbaycan adlı müqəddəs məkanın ruh qoruyucusu.

Bağrına dağ çəkilmiş, həzin türküləri ilə gözlərindən qan yaş axıdan, 1000-lərlə türk ərənimin şəhidlik mərtəbəsinə yüksəldiyi bir Güneyim var. Babalarım Uzun Həsənin, Qara Yusifin, şah babam İsmayılın, Nadirimin, Qacarımın ruhunun sərkərdan gəzdiyi bir Güneyim var.

O Güneyim var ki, çırpınaraq haqq tələb edir. Bir göyərçini qəfəsə salarsan var ya, o cür çırpınır Güneyim...

O Güneyim var ki, ruhundakı işığı nə etsələr də söndürə bilmirlər. Anlamazlar ki, bu işıq HAQQ-dan gələr. Haqq işığı sönməz, nə etsələr də...

O Güneyim var ki, bozqırlardan gələn yarımçıq türkü kimi iliyimə işləyir, fəryad edir. Həzin bağlama səsi kimi sanki dil açır...

Güneyim var. O Güneyimdə Təbrizim, Ərdəbilim, Urmum... var. Yaralı ruhumun şəfası var. Üç müqəddəs gölümdən biri var. TÜRKÜN özü var, sözü var…

Bir Güneyim var ki, hələ açılmamış, oxunmamış bir kitab kimidir. Kaş ki, o kitabı bir oxuya bilsəydik. Orada nələr yazıldığını bir anlasaydıq…

Halbuki bu torpaqlardan başladı əvvəlimiz. Bu torpaqdan qalxdıq şahə, yayıldıq, böyüdük, dünyanı silkələdik. Ruhumuz bu torpaqlarda bütünləşdi, böyüdü, ucaldı! Yaratdığmız böyük imperiyaların haqq sözü orada yazıldı. Vətəni sevmək imandandır! – fətvası orada verildi!

Dünyanın dörd yanına elm-irfan dağıtdıq.
Amma böldülər bizi…

Böldükcə yadlaşdırmaq, yadlaşdırmaqla yaddaşsızlaşdırmaq, yaddaşsızlaşdırmaqla özgələşdirmək, kiçiltmək, cırlaşdırmaq istədilər…

Ruhumuza sahib çıxmağımızı istəmədilər...

Halbuki, bizik o SİRRİN sahibi, bizik o ƏMANƏTİN qoruyucusu, bizik o QAPILARIN qapıçısı! İLAHİNİN hikməti bundadır. Bizi o HİKMƏTdən ayırmaq istədilər!
Unutdular ki, haqq bizik, haqq bizdədir, HAQQ bizimlədir!

Vüqar Zifəroğlu
BDU-nun Jurnalistika fakültəsinin dekanı

Xəbər 2472 dəfə oxunub.



22.10.2025  16:10 

Zərdabda tiktoker həbs olundu

22.10.2025  15:17 

Qısamüddətli yağış yağacaq

22.10.2025  10:35 

Dağıstana PUA hücumu

22.10.2025  10:33 

Baş nazir qərar imzaladı

22.10.2025  10:20 

Metroda problem yaranıb

21.10.2025  23:09 

Baş nazir Tiflisə səfərə gedib

21.10.2025  22:27 

Bu ərazilərdə qaz olmayacaq


BÜTÜN XƏBƏRLƏR +