Mehdiyev işində 30 icra başçısı dindirilib?
Polis azyaşlı qızın toyunun qarşısını aldı
Aİ Ukraynaya 20,5 milyard avro ayırıb
Türkiyə sahillərində qayıq batdı: ən azı 7 ölü
DƏMX-nin əməkdaşı vəfat edib -FOTO
Putin İlham Əliyevlə telefon danışığı aparıb
Məşhur restoranın üstünə binanın eyvanı düşdü
“Sputnik Azərbaycan”ın daha bir əməkdaşı buraxıldı
Sahibə Qafarova Alen Simonyanla görüşündən danışdı
İmamoğluya qarşı şok ittiham: Televiziya rəhbəri saxlanıldı


29.04.2021  16:14 

Məhkəmə Navalnının apellyasiya şikayətini rədd etdi





A+  A-

Moskvanın Babuşkinski məhkəməsi müxalif bloqqer Aleksey Navalnının Böyük Vətən Müharibəsi veteranına qarşı böhtanda ittiham olunduğu cinayət işi üzrə çıxarılan hökmə dair apellyasiya şikayətini rədd edib.
XəzərNews.az xəbər verir ki, bu barədə “İnterfaks” agentliyi məlumat verib.

Navalnının vəkili qərardan kassasiya məhkəməsinə şikayət göndərəcəyini bildirib.

Zərərçəkən Artemenko məhkəmə prosesinə qatılmaqdan imtina edib.

Navalnı məhkəmə iclasına videokonfrans vasitəsilə qatılıb. O, bu işdə çox sayda qanun pozuntusu olduğunu bildirib: “Artemenkonun imzaları daxil olmaqla bütün bunlar başdan ayağa saxta ittihamdır”.

Məhkəmə salonunda bloqqerin həyat yoldaşı Yuliya və bir neçə media nümayəndəsi də olub.

Qeyd edək ki, A. Navalnıya qarşı sözügedən ittihama Böyük Vətən Müharibəsi veteranı Artemenkonun Rusiya Konstitusiyasındakı dəyişiklikləri dəstəklədiyi videonu şərh edərkən işlətdiyi ifadələr səbəb olub. İttiham aktına görə, bloqqer videonun altına bilərəkdən qazinin şərəf və ləyaqətini ləkələyən böhtan xarakterli şərhlər yerləşdirib.

Xəbər 3438 dəfə oxunub.



24.10.2025  11:24 

11 tələbənin təqaüdü kəsildi

23.10.2025  19:08 

Bu rayonlarda qaz olmayacaq


BÜTÜN XƏBƏRLƏR +